Arxiv
21 Oktyabr 2021, 17:50 | PARLAMENT
AzTV-dən deputata ironiyalı CAVAB

Azərbaycan Televiziyası Milli Məclisin deputatı Fazil Mustafanın AzTV haqda tənqidi fikirlərinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, televiziyanın millət vəkilinə rəsmi cavabında ironiyadan istifadə edilib:

 

"Yaxşı olardı ki, hörmətli Fazil müəllim AzTV ilə bağlı fikir söyləməzdən əvvəl zəhmət çəkib gündə ən azı 1 saatını sərf edib kanala baxa və orada təqdim olunan verilişlərin forma və məzmununa diqqətlə nəzər sala, təhlil edəydi. O zaman AzTV-yə tutulan irad da daha məntiqli və əsaslı, ən əsası, anlaşılan olardı.

 

Yox, əgər deputat ideoloji baxımdan deyirsə, o zaman məsləhət görərdik ki, yenə də kanalda təqdim olunan süjetlərə, sənədli və bədii filmlərə, videoçarxlara, ən nəhayət, müharibənin hər gününə aid hazırlanan xronikalara, eləcə də şəxsən özünün dəfələrlə iştirak etdiyi gündəlik tok-şoulara diqqətlə baxsın". 

 

Açıqlamada eyni zamanda deputatın bir neçə gün öncə AzTV-nin parlamentin fəaliyyətini az işıqlandırması ilə bağlı iradına da münasibət bildirilib:

 

  "Onu da deputatın diqqətinə çatdıraq ki, artıq bir aya yaxındır AzTV-də həftədə 1 dəfə, 45-50 dəqiqəlik “Parlament saatı” verilişi yayımlanır ki, bunu da millət vəkili bilməmiş olmaz. Belə olan halda F. Mustafanın iradlarını anlamaq, düzü, həm çətindir, həm də qeyri-obyektiv görünür. Bütün bunlarla yanaşı, əgər hörmətli deputatın AzTV-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı əsaslı fikir və ideyaları varsa, görüş formatında və ya yazılı müaciətlə bildirə bilər".

 

Xatırladaq ki, bir neçə gün əvvəl F. Mustafa feysbuk hesabında parlament iclasında çıxış edib efirə verilən deputatların hamısının Yeni Azərbaycan Partiyasından olduğunu tənqid edib: “Digər partiya təmsilçilərinin bircə çıxışını da vermirlər. Hətta müstəqil deputatların da çıxışını nümunə üçün göstərmirlər. Ölkə prezidenti siyasi partiyaların rolunu qaldırmağa, siyasi plüralizmin inkişafına çağırış edir, televiziya dəyirmanı da öz ənənəvi dənini üyüdür. Sanki bilərəkdən parlamentin nüfuzunu aşağı salmağa çalışırlar”.

 

O eyni zamanda,  AzTV-nin peşəkarlıq və siyasi hazırlıq baxımından çox geri qaldığını və kanalı formatlamaq lazım olduğunu bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BMU ilə Fondu arasında əməkdaşlıq memorandumu imzalandı 30 Noyabr 2021, 15:50 Lavrov Blinkenlə görüşəcək 30 Noyabr 2021, 15:44 Hulusi Akar Elçin Quliyevə və Zakir Həsənova ZƏNG ETDİ 30 Noyabr 2021, 15:38 Facebook-un aktiv DEPUTATLARI - Bəzi xanımlar kişiləri geridə qoyur 30 Noyabr 2021, 15:33 Bakıda daha bir məktəb koronavirusdan BAĞLANDI 30 Noyabr 2021, 15:27 İranda daha 119 nəfər koronavirusdan öldü 30 Noyabr 2021, 15:21 Çavuşoğlu Ceyhun Bayramova başsağlığı verdi 30 Noyabr 2021, 15:15 Dindarlar niyə qalstuk taxmır? 30 Noyabr 2021, 15:09 Rüsumsuz gətirilən malların limiti azaldılıb? 30 Noyabr 2021, 15:04 Havanın kəskin dəyişməsinin  SƏBƏBLƏRİ 30 Noyabr 2021, 15:00 Çavuşoğlu ATƏT-in iclasına gedəcək 30 Noyabr 2021, 14:55 “Omricon”dan qorunmaq üçün III doza ÇAĞIRIŞI 30 Noyabr 2021, 14:50 Bank kartlarından pul OĞURLADILAR 30 Noyabr 2021, 14:45 Bu il əlillik təyin edilən şəxslərin SAYI 30 Noyabr 2021, 14:40 Müəllimlərin dərs saatı bölgüsündə NARAZILIQ 30 Noyabr 2021, 14:35 Magistraturaya hazırlaşanlar üçün sınaq İMTAHANI 30 Noyabr 2021, 14:30 Cahit Bağçı Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:26 73 mülki şəxs minaya düşüb - 24 nəfər ölüb 30 Noyabr 2021, 14:23 Türkiyə Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:20 Yeni Avrasiya kiminlə və necə qurulur? - TƏHLİL 30 Noyabr 2021, 14:14 Prezident pakistanlı naziri qəbul etdi 30 Noyabr 2021, 14:08 Aşqabad zirvəsi 30 Noyabr 2021, 14:05 3 avtobus sürücüsü narkotiklə TUTULDU 30 Noyabr 2021, 14:03 Yüksək postlar ancaq kişilər üçün “bron” edilib? 30 Noyabr 2021, 14:00 “Nar”dan DƏSTƏK 30 Noyabr 2021, 13:59 Həbsdə olan jurnalistin səhhəti pisləşib 30 Noyabr 2021, 13:57 Bakıda Aşıq Ələsgərə abidə qoyulacaq - SƏRƏNCAM 30 Noyabr 2021, 13:53 Süleyman Rüstəmin Vilayət Quliyevə iradı: “Get, harada istəyirsən yaz!” 30 Noyabr 2021, 13:49 3 baş nazirləri bir arada 30 Noyabr 2021, 13:43 “Omicron” təhlükəli deyil 30 Noyabr 2021, 13:42 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq - Nazir 30 Noyabr 2021, 13:40 SOCAR-ın strategiyasında alternativ enerji yer alıb 30 Noyabr 2021, 13:40 Dekabrın ilk gününün HAVASI 30 Noyabr 2021, 13:37 Azərbaycan Türkiyəyə başsağlığı verdi 30 Noyabr 2021, 13:32 ABŞ səfirliyindən “Lütfi Zadə AÇIQLAMASI” 30 Noyabr 2021, 13:28
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?