Arxiv
22 Oktyabr 2021, 09:06 | QARABAĞ
Şəhid polkovnik - Milli Qəhrəman Şükür Həmidovun anım GÜNÜDÜR

22 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin şəhidlərindən biri – Milli Qəhrəman  Şükür Həmidovun anım günüdür.

Modern.az
-ın məlumatına görə, Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə 10 uşaqdan biri olub.

Ş.Həmidov 1990-1993-cü illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb.

1993-cü Bakı Ali Hərbi Məktəbinə daxil olub. 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək, leytenant rütbəsində Naxçıvanda hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib. Daha sonra bölük komandiri, tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində xidmət edib.

O, 2008-ci ildə Hərbi Akademiyanın müdavimi olduqdan sonra müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi vəzifələrdə çalışıb.

Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.

Silahdaşları bildirirlər ki, Şükür Həmidovun ən böyük arzusu işğal altındakı torpaqlarımızı, eləcə də doğma Qubadlı rayonunu işğaldan azad etmək olub.

Vətən müharibəsində Ş.Həmidov dogma Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.

Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
 

Azərbaycan Prezidenti İlham Əliyev Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışarkən deyib ki, Milli Qəhrəmanın adı doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda əbədiləşdiriləcək.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Şükür Həmidov  Vətən müharibəsindəki iştirakına görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ona ölkə başçısının sərəncamları ilə "Füzulinin azad olunmasına görə, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları da verilib.

Şəhid polkovnik Şükür Həmidov Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Zəfər" ordeni ilə təltif olunub.

Milli Qəhrəmanın 1 oğlu və 1 qızı yadigar qalıb.

Allah rəhmət eləsin... 


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
II Yekaterinanın portreti 1.2 miltona satıldı - FOTOLAR 3 Dekabr 2021, 00:52 Dünya Bankından Əfqanıstana 280 milyon dollar 3 Dekabr 2021, 00:43 "Azərbaycan Əfqanıstandakı vəziyyəti yaxından izləyir" 3 Dekabr 2021, 00:18 "Omikron"a görə ümrə üçün tələblər DƏYİŞDİ 3 Dekabr 2021, 00:03 İran Baş qərargah rəisindən başsağlığı 2 Dekabr 2021, 23:51 İsrail və Mərakeş arasında "buzlar əriyir" 2 Dekabr 2021, 23:43 Ceyhun Bayramov islandiyalı həmkarı ilə görüşdü 2 Dekabr 2021, 23:38 Azərbaycan və Yunanıstan XİN başçıları arasında görüş - YENİLƏNİB 2 Dekabr 2021, 23:36 SOCAR işçisi dənizdə itkin düşdü 2 Dekabr 2021, 23:23 Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edildi 2 Dekabr 2021, 23:10 Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ 2 Dekabr 2021, 22:42 Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?