Modern.az

NATO-dan Baltikyanı ölkələrdə növbəti aviabaza

NATO-dan Baltikyanı ölkələrdə növbəti aviabaza

Dünya

24 Oktyabr 2021, 00:31

NATO Latviyanın paytaxtı Riqanın cənub-şərqində yerləşən Lielvarde aviabazasını modernləşdirilmə başa çatdıqdan sonra tam istifadəyə verib.

 

Modern.az xəbər verir ki, bu barədə Alyansın hava komandanlığı məlumat yayıb.

 

Bildirilir ki, hərbi baza istənilən vaxt və istənilən hava şəraitində müttəfiq ölkələrin təyyarələrini qəbul edə bilir.

 

Aviabaza hələ 1970-ci ildə Sovet ordusu tərəfindən yaradılıb. Ərazidə patrul xidməti yerinə yetirən NATO qırıcıları hava limanından alternativ eniş yeri kimi istifadə edə biləcək.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!