Arxiv
24 Oktyabr 2021, 14:30 | MƏDƏNİYYƏT
Bu gənclik bizi hara aparır: Özgüvənin “doza”sı da adekvat olmalıdır

Son zamanlar cəmiyyətdə, bunun "güzgüsü" hesab etdiyimiz sosial şəbəkələrdə və mediada gənc nəsillə bağlı fərqli yanaşmaların şahidi oluruq.

 

Əksəriyyət gənclərin aqressiv davranışlarından, özündənrazılıq və eqoistlik kimi mənfi xarakterlərindən şikayətlənir.

 

Gənc nəslin gələcəyi təmsil etdiyini də nəzərə aldıqda, insanları düşündürən bir sual ortaya çıxır: "Bəs bu gənclik bizi hara aparacaq?"

 

Psixoloq Nuriyyə Quliyeva Modern.az-a bu barədə danışarkən gənclərin son zamanlar aqressiv davranışlara daha çox yol verdiyi haqqında fikirlərlə razılaşdığını qeyd edib.

 

Onun sözlərinə görə, bir qədər özündən razılıq, digərlərindən üstün olduğunu düşünmək, eqoistlik və bundan irəli gələn aqressiyadan söhbət gedir:

 

"Bu durum əslində son illərdə cəmiyyət olaraq qarşılaşdığımız durumla əlaqədardır. İki ilə yaxındır, davam edən pandemiya şəraiti, qadağalar, məhdudiyyətlər, stress, gərginlik və bunların yol açdığı aqressiya gənclərə mənfi təsir edir. Ötən il yaşanan müharibə isə pandemiyanın stressindən çıxmamış cəmiyyətin daha bir gərginliklə üz-üzə qalmasına səbəb oldu.

 

İndiki gənclərin adi bir düşüncəni belə aqressiv ifadə etməsi həm də texnologiya ilə əlaqədardır. Buna bağlılıq yüklənmə yaradır, telefon və kompüterlərdəki oyunlar uşaqlarla, gənclərlə bərabər, böyüklərin də psixologiyasına təsir edir.

 

Pandemiya və müharibə şəraitindən irəli gələn iqtisadi çətinliklər insanların aqressiyasını daha da artırdı. Yaşlıları biz böyüyümüz kimi qəbul edirik, əməklərini, zəhmətlərini görməzdən gələ bilmərik. Mentalitetin də aşıladığı kimi böyüklərə, yaşlılara hörmət etmək vacibdir. Amma hər kəsin səhvi olduğu kimi onların da səhvləri mümkündür. Lakin gənclər ağsaqqal və ağbirçəklərin davranışlarını, fikirlərini yanlış hesab edirlərsə, bunu mütləq etik çərçivədə bildirməlidirlər, aqressiya ilə deyil".

 

 

 

İnsanın özünə güvəninin yaxşı xüsusiyyət olduğunu vurğulayan psixoloq gənclərə xatırladıb ki, bu özgüvənin "dozası" da adekvat olmalıdır:

 

"Yaşlı nəsil gənclərdən fərqli olaraq, özgüvənsiz böyüdülüb. Çox zaman onların fikri nəzərə alınmayıb, qərar vermə yalnız böyüklərə aid olub, hətta gənclərin həyatı ilə bağlı seçim haqqı belə böyüklərin nəzarətində olub. Hansı peşəni seçmək, kiminlə ailə qurmaq, harada yaşamaq kimi məsələlərdə böyüklər mütləq gənclər üzərində söz sahibi olublar. İndiki gənclər bu stereotipləri qəbul etmirlər. Çünki daha savadlı, öz hüquqlarını bilən, özgüvənli gənclik yetişib. Valideynlərin əksəriyyəti isə maarifləndiyinə görə gənclərin müstəqil qərar verməsinə mane olmurlar. Müəyyən ailələrdə saxlanan qaydalar da əvvəlki qədər sərt, qəti deyil. Hesab edirəm ki, bu situasiyadan irəli gələrək daha öz güvənli gənclik yetişir. Bu, yaxşı haldır. Amma əvvəldə də vurğuladığım kimi gənclik bu inkişafa arxayın olaraq, aqressiyaya əl atmamalıdır. Fikirlərini uyğun müzakirə şəklində, etik çərçivədə, böyüklərə hörməti qorumaqla diqqətə çatdırmalıdırlar".

 

Gənclərin İnkişaf Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin rəhbəri, gənc fəal Sevinc Qasımova isə gənclərin hər zaman doğru yönləndirilməsinə ehtiyac olduğunu düşünür:

 

 

"Sumqayıt kimi böyük şəhərdə sırf gənclərlə işləyən biri kimi deyə bilərəm ki, təkcə burada savadlı, tərbiyəli, müasir, adət-ənənələrimizi qoruyan çox qrup var. Lakin şübhəsiz, böyük şəhərlərdə həm də yanlış əhatəsi olan gənclər də mövcuddur. Mən onları həssas qrup adlandırıram. Onlar həm dini, həm siyasi, həm də əxlaqi baxımdan müxtəlif oyunların qurbanı ola bilərlər. Düşünürəm ki, gəncləri tənqid etmək, proseslərdən kənar saxlamaq çıxış yolu deyil. Bəli, bizim işlədiyimiz gənclər arasında da həssas qrup nümayəndələri var. Lakin biz onları etdikləri səhvə görə mərkəzdən uzaqlaşdırmaq, tənqid etmək, qüruruna toxunacaq ifadələr demək əvəzinə ayrılıqda maarifləndirici söhbətlər etməyə, dostcasına daha doğrunu təlqin etməyə çalışırıq. Və zamanla həmin gənclərin həqiqətən dəyişib, hətta digərlərinə nümunə olduğunu görürük. Əvvəllər çoxunun "tərbiyəsiz" adlandırdığı gənc belə indi artıq nümunəvi bir şəxsə çevrilib. Bu işdə mərkəz olaraq bizim rolumuz, həm də şəhərdə fəaliyyət göstərən digər müəssisə və təşkilatların rolu böyükdür".

 

Təşkilat sədri də gənclərin aqressivliyini pandemiyanın təsirləri ilə əlaqələndirir:

 

"Uzun müddət mədəni obyektlərin, teatr və kino zallarının, əyləncə və idman mərkəzlərinin bağlı olması, həmçinin müharibə kimi faktorların təsiri, neqativ halların çox olması ümumi cəmiyyətdə aqressivlik yaratdı.

 

Vətən Müharibəsi dövründə gənclik özləri haqqında səslənən bütün neqativ fikirlərin üstündən xətt çəkdi. Bu gün ölkədə aparılan gənclər siyasəti nəticəsində vətənpərvər, savadlı, milli adət-ənənələrimizə sadiq müasir gənclik yetişir. Düşünürəm ki, gəncliyin son illərdə müşahidə olunan aqressivliyi müvəqqəti haldır. Psixoloji təsirlər, gərginlik yaratmış amillər aradan qalxdıqca, bütün cəmiyyətdə olduğu kimi, gəncliyin həyatında və davranışlarında da müsbət dəyişiklik görəcəyik".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azteklərə aid qurbangah aşkar edildi 6 Dekabr 2021, 00:52 “İtkin düşən 4000 azərbaycanlı: açıq yara hələ də sağalmayıb” 6 Dekabr 2021, 00:27 ABŞ hərbi təyyarəsi Ermənistan-Azərbaycan sərhədində UÇDU 6 Dekabr 2021, 00:20 “Altın Kelebek” mükafatı Azərbaycandan ona VERİLDİ 5 Dekabr 2021, 23:58 ABŞ prezidenti olmaq uğrunda qocaların YARIŞI 5 Dekabr 2021, 23:34 Bakıda kişi meyiti tapıldı 5 Dekabr 2021, 23:13 "Dost və qardaş Azərbaycanın yanındayıq" - Akar 5 Dekabr 2021, 23:01 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 Dekabr 2021, 22:42 BƏƏ F-35-dən imtina edir? 5 Dekabr 2021, 22:14 Ərdoğan Qətərə gedir 5 Dekabr 2021, 21:59 Erməni “çoban”ı zərərsizləşdirən əsgərə mükafat vermək lazımdır... 5 Dekabr 2021, 21:45 Xəzər dənizində ZƏLZƏLƏ 5 Dekabr 2021, 21:29 Avstriyada qar uçqunu -  Ölən və yaralılar var 5 Dekabr 2021, 21:12 Nobel mükafatçısı Azərbaycanda brifinq KEÇİRƏCƏK 5 Dekabr 2021, 20:36 Mossadın direktoru İrana görə ABŞ-a gedir  5 Dekabr 2021, 20:27 Qəbələ Zirəni məğlub etdi 5 Dekabr 2021, 20:13 Türkiyə donanmasına yeni raket verildi 5 Dekabr 2021, 19:49 Nigerdə 29 əsgər öldürüldü 5 Dekabr 2021, 19:33 Türkiyə Vəkillər Kollegiyasına yeni sədr 5 Dekabr 2021, 19:19 Çavuşoğlu qətərli həmkarı ilə görüşdü 5 Dekabr 2021, 19:09 Azərbaycan Türkiyədən hərbi gəmi ala bilər 5 Dekabr 2021, 18:58 Putin Hindistana gedəcək 5 Dekabr 2021, 18:46 "Neftçi" "sülh"ə razılaşdı 5 Dekabr 2021, 18:36 Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?