Modern.az

Qahirədə müdavimlərlə GÖRÜŞ  

Qahirədə müdavimlərlə GÖRÜŞ  

Diaspor

25 Oktyabr 2021, 11:55

Qahirə şəhərində Azərbaycan dilini öyrənən müdavimlərin Misirdə səfərdə olan Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndələri ilə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Diaspor Mərkəzində baş tutan tədbiri giriş sözü ilə açan “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov diaspor mərkəzinin fəaliyyət istiqamətləri, ölkələrimiz arasında dostluq əlaqələri, xalqlarımızın ortaq tarixi və mədəni dəyərləri barədə danışıb. Qeyd edib ki, Azərbaycan dilinin və  mədəniyyətinin Misirdə təbliği işinə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi böyük töhfələr verə bilər.

 

Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva Azərbaycan dilinin tədris olunmasına görə diaspor mərkəzinin sədrinə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi qurumun əcnəbi gənclər arasında dilimizin təbliği istiqamətində layihələr həyata keçirdiyini, “Yay məktəbi”nin fəaliyyət göstərdiyini və misirli tələbələrin bu layihədə iştirakının təmin ediləcəyini nəzərə çatdırıb. Sonra diaspor mərkəzinə Azərbaycan dili dərslikləri hədiyə edilib.

 

Tədbir misirli müdavimlərin ifasında Azərbaycanın görkəmli şairlərinin şeirlərinin səsləndirilməsi və Molla Nəsrəddin lətifələri əsasında səhnələşdirilmiş kiçik tamaşanın təqdim olunması ilə yekunlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir