Arxiv
25 Oktyabr 2021, 18:12 | AKTUAL
Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO

Müxtəlif hərbi hissələrin tərkibində nizam-intizamlı, peşəkar hərbçi kimi xidmət edən Əlibəy Feyruzlu 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Murovdağ, Tərtər, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edən igid döyüşçü düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Əlibəy Feyruzlu oktyabrın 25–də Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

Modern.az xəbər verir ki, şəhid anası Zənifə Mustafayevanın hər iki oğlu müharibədə iştirak edib. Onlardan biri qazi, digəri şəhid olub.

 

“Oğul itkisi acı olsa da, Əlibəyin torpaqlarımız uğrunda şəhidliyə yüksəlməsi bizə təsəlli verir. Oğlumla hələ sağ ikən hərbçi kimi fəxr edirdim, indi isə onun şəhidlik zirvəsinə yüksəlməsi ilə qürur duyuram”, - deyə şəhid anası bildirib.

 

Şəhidin nənəsi Alidə Axundovanın sözlərinə görə, nəvəsi Əlibəy hələ uşaq yaşlarından hərbiyə maraq göstərirdi: “Hələ uşaq yaşlarında hərbçi olacağını söyləyərdi. Orta məktəbdə oxuyanda sinif yoldaşlarına demişdi ki, mən qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksələcəyəm. O, bu arzusuna canından da çox sevdiyi Vətəni uğrunda çatdı”.

 

Əlibəyin atası Samir Məmmədov isə deyir ki, bir ata kimi oğlunu itirmək çətin olsa da, onunla qürur duyur. “Əlibəy bu yolu özü seçdi. Müharibədə olduğu müddətdə bir neçə dəfə telefonla danışmışdıq. Hər şeyin yaxşı olduğunu, düşmənləri necə məhv etdiklərini həvəslə danışırdı. O, kəşfiyyatçı snayperçi olub. Hər dəfə tapşırıq veriləndə düşməni məhv edərək yolu təmizləyirdi ki, döyüş yoldaşları irəliyə getsinlər. Özü də heç nədən qorxmaz, çəkinməzdi”, - deyə o əlavə edib.

 

Oktyabrın 25-də şəhidimizin anım günü onun anadan olduğu Şəmsabad kəndində, məzarı yanında qeyd edilib.

 

Şəhidin ailə üzvlərinin, qazilərin, hərbçilərin, məktəblilərin də qatıldığı anım mərasimində Əlibəy Feyruzlunun məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, onun keçdiyi şərəfli döyüş yolundan danışılıb.

 

Bildirilib ki, Feyruzlu Əlibəy Samir oğlu 1998-ci il sentyabrın 14-də Ağdaş rayonunun Şəmsabad kəndində anadan olub. 2004-2015-ci illərdə M.İ.Əfəndizadə adına Ağdaş rayon Şəmsabad kənd tam orta məktəbində təhsil alıb. Əlibəy Feyruzlunun Vətənə, dövlətə, torpağa olan sevgisi onu hərbçi kimi yetişməsinə səbəb olub. Məhz bu səbəbdən Əlibəy həqiqi hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında xidmətə başlayıb.

 

Anım mərasimində iştirak edən şəhid Əlibəy Feyruzlunun komandiri mayor Elsevər Hümbətov əsgərinin döyüş yolundan söhbət açaraq deyib ki, Əlibəyin igid döyüşçü olub: “Mən hər dəfə deyirdim ki, özünüzü qoruyun, diqqətli olun. Amma Əlibəy deyirdi ki, komandir, çoxdan arzuladığımız gün çatıb, icazə verin qabağa gedib düşməni məhv edək. Onun açdığı sərrast atəşlər nəticəsində qrupumuz döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Təəssüf ki, biz onu cismən itirdik, amma o, həmişə bizimlə yaşayacaq”.

 

Çıxışlardan sonra məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əlibəy Feyruzlu “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
II Yekaterinanın portreti 1.2 miltona satıldı - FOTOLAR 3 Dekabr 2021, 00:52 Dünya Bankından Əfqanıstana 280 milyon dollar 3 Dekabr 2021, 00:43 "Azərbaycan Əfqanıstandakı vəziyyəti yaxından izləyir" 3 Dekabr 2021, 00:18 "Omikron"a görə ümrə üçün tələblər DƏYİŞDİ 3 Dekabr 2021, 00:03 İran Baş qərargah rəisindən başsağlığı 2 Dekabr 2021, 23:51 İsrail və Mərakeş arasında "buzlar əriyir" 2 Dekabr 2021, 23:43 Ceyhun Bayramov islandiyalı həmkarı ilə görüşdü 2 Dekabr 2021, 23:38 Azərbaycan və Yunanıstan XİN başçıları arasında görüş - YENİLƏNİB 2 Dekabr 2021, 23:36 SOCAR işçisi dənizdə itkin düşdü 2 Dekabr 2021, 23:23 Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edildi 2 Dekabr 2021, 23:10 Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ 2 Dekabr 2021, 22:42 Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?