Modern.az

Yoluxanlar artdı - 24 nəfər öldü

Yoluxanlar artdı - 24 nəfər öldü

Hadisə

26 Oktyabr 2021, 14:32

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2266 yeni yoluxma faktı qeydə alınıb, 1194 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 520068 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 486426 nəfər müalicə olunaraq sağalıb, 6939 nəfər vəfat edib, aktiv xəstə sayı 26703 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13552, ötən müddət ərzində isə ümumilikdə 5131033 test aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!