Modern.az

Paşinyan mübahisəli Ağdağ zirvəsindən DANIŞDI

Paşinyan mübahisəli Ağdağ zirvəsindən DANIŞDI

27 Oktyabr 2021, 16:59

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Narek Kaqramanyan hökumət başçısından Zəngilan və Qafan arasında yerləşən Ağdağ zirvəsi ilə bağlı sual verib.

 

“Paylasar (Ağdağ) zirvəsi ətrafında heç bir mövqe dəyişikliyi olmayıb. 2020-ci ilin dekabrından həmin ərazidə Sərhəd Qoşunları xidmət aparır. Buna heç nə əlavə edə bilmərəm”-deyə Paşinyan açıqlayıb.

O, Ağdağ zirvəsinin Azərbaycanın nəzarətinə keçməsi barədə yayılan xəbərləri təkzib etməyib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir