Modern.az

Sabiq deputat vəfat edib

Sabiq deputat vəfat edib

28 Oktyabr 2021, 12:50

Milli Məclisin sabiq deputatı Maksim Musayev vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı mərhumun oğlu Emin Musayev ictimailəşdirib.

O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin sabiq deputatı ötən gün axşam saatlarında ürək tutmasından dünyasını dəyişib.

Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 

1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
 
O, Birinci çağırış Milli Məclisin (1995-2000) yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini olub.  

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir