Modern.az

Ermənistandan delimitasiya AÇIQLAMASI

Ermənistandan delimitasiya AÇIQLAMASI

Dünya

4 Noyabr 2021, 12:06

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin aparılacağı xəritə və sənədlər barədə danışmaq hələ tezdir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Vaqe Qevorqyan açıqlama verib.

“Erməni tərəfinin hansı xəritə və sənədləri əsas götürməsi barədə danışmaq hələ tezdir”- deyə Qevorqyan söyləyib.

 

Ermənistan KİV-i bundan əvvəl, Azərbaycan, Ermənistan və Rusiya arasında 2 sənədin imzalanacağını açıqlamışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü