Modern.az

Kremldən üçtərəfli görüşlə bağlı YENİ AÇIQLAMA

Kremldən üçtərəfli görüşlə bağlı YENİ AÇIQLAMA

Qarabağ

8 Noyabr 2021, 13:48

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov üç ölkə rəhbərinin növbəti görüşü ilə bağlı yeni açıqlama verib.

 

Modern.az xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşlə bağlı danışıqların aparıldığını qeyd edib.

Peskov danışıqların dəqiq tarixinin hələlik məlum olmadığını vurğulayıb.

“Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında videokonfrans formatlı görüşün keçirilməsi barədə hazırlıq davam edir. Amma bu videokonfransın keçirilməsi ilə bağlı hələ dəqiq razılşama və anlayış yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü