Modern.az

Azərbaycanda gənc jurnalist və körpəsi koronavirusdan vəfat etdi

Azərbaycanda gənc jurnalist və körpəsi koronavirusdan vəfat etdi

Allah rəhmət eləsi̇n

18 Noyabr 2021, 17:24

Koronavirusa yoluxma Press.az saytının əməkdaşı Aygün Əlizadənin həyatına son qoyub.


Modern.az
xəbər verir ki, Aygün Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub. O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.


Noyabrın 8-də onu Yevlax rayon xəstəxanasından təcili yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə gətiriblər.


Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.


Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi  ilə birgə vəfat edib.


Qeyd edək ki, mərhumun 5 yaşlı övladı qalıb.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar