Modern.az

Azərbaycan 3 erməni hərbçinin meyitini təhvil verdi

Azərbaycan 3 erməni hərbçinin meyitini təhvil verdi

Qarabağ

19 Noyabr 2021, 18:24

Azərbaycan 16 noyabrda Ermənistanla sərhəddəki döyüşlərdə məhv edilən daha 3 erməni hərbçinin meyitini təhvil verib.

 

Modern.az xəbər verir ki, təhvil vermə prosesi rusiyalı sülhməramlıların iştirakı ilə Şuşada baş tutub. 

 

Meyitlər bu gün İrəvana çatdırılıb.

 

Qeyd edək ki, noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində genişmiqyaslı təxribat törədib.

 

Ermənistanın hərbi birləşmələri həmin təxribatla dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədi güdürdü.

 

 

Lakin görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib, düşmənin canlı qüvvəsi məhv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı