Modern.az

Nazir qazın baha olmasını belə izah etdi: “Dünyada qiyməti çox yüksəkdir”

Nazir qazın baha olmasını belə izah etdi: “Dünyada qiyməti çox yüksəkdir”

İqtisadiyyat

23 Noyabr 2021, 16:00

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən maliyyə naziri Samir Şərifov deputatların suallarını cavablandırıb.

 

Modern.az xəbər verir ki, deputat öncə qazın qiymətinə münasibət bildirib:

 

"Bəzi millət vəkilləri çıxışlarında təmsil etdikləri rayonların, seçicilərin maraqlarını müdafiə etmək istiqamətində bir çox problemi qaldırır. Daha çox qaldırılan məsələlər sırasında qaz təchizatı, su, təhsil və yol məsələləridir. Bu 4 istiqaməti sadalamaq daha yaxşı olardı".

 

Nazir infrastruktur layihələrinin dövlət investisiya proqramına daxil edilməsi məsələsinə baxıldığını da diqqətə çatdırıb:

 

"İnkişaf gedir. Qaz təchizatı ilə əlaqədar məsələlərə aidiyyəti dövlət qurumları yəqin ki, cavab verəcək. Hökumət tərəfindən bu məsələdə, əsasən, müvafiq qaz həcmlərinin təmin edilməsi və mövcud tarif çərçivəsində qaz təchizatı işini həyata keçirən qurumların fəaliyyətinə önəm verilir. Dünya bazarlarında təbii qazın qiyməti çox yüksəkdir. Hazırda bu, ölkəmizdə də prosesə öz təsirini göstərir. Bildiyiniz kimi, qazın bir hissəsi bizim daxili qurumlarımız tərəfindən, digər həcmləri isə ölkə daxilində xarici şirkətlərlə birgə hasil olunur. Bu dövlətlərin də bura investisiya qoyuluşunda müəyyən maraqları var. Əks təqdirdə bu investisiya qoyuluşları davam etməz”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi