Arxiv
27 Noyabr 2021, 09:34 |
Tələbə ordusu kredit şərtlərindən NARAZIDI - “Nazirlik təhsillə məşğul olsa yaxşıdır”
Tələbə ordusu kredit şərtlərindən NARAZIDI - “Nazirlik təhsillə məşğul olsa yaxşıdır”

Təhsil Nazirliyi təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlayıb. Bildirilib ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, bərabər imkanların yaradılması və əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.

 

Bəs tələbələr bu kredit şərtlərini necə qiymətləndirirlər?

 

Modern.az-ın əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq, tələbələr arasında sorğu keçirib.

 

Sumqayıt Dövlət Universitetinin 1-ci kurs tələbəsi Ülvi İsgəndərli tələbə kreditlərinin şərtlərindən narazıdır:

 

“Elə şərtlər qoyulub ki, hər kəs yararlana bilməz. Tək məqsəd tələbəni asılı hala salmaqdır. Belə kömək olmaq istəyirlərsə, bu vəsaiti ayırsınlar hər yerdə tələb etdikləri dil, kompüter kurslarına. Onda deyərik ki, tələbəni fikirləşən var”.

 

Texniki Universitetin 1-ci kurs tələbəsi Aysun Məmmədli isə iş yerlərinin sayının artırılmasını istəyir:

 

“Aylıq 250-500 manat gəliri olan ailə həm uşağa, həm özünə baxmalıdır, həm də pulu ödəməlidirsə, krediti necə geri qaytaracaq? Kredit vermək yerinə, ölkədə iş yerlərinin sayını artırsınlar. Bu hadisə tarixdəki müvəqqəti mükəlləfiyyəti xatrılatdı mənə”.

 

Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Elmar Hüseynov hesab edir ki, 300 bal məhdudiyyəti düzgün deyil:

 

“Çünki 1-ci qrup üzrə təhsil alan tələblərin əksəriyyəti 300 baldan aşağı bal toplayıb və ödənişli əsaslarla təhsil alırlar. Düşünürəm ki, 300 bal məhdudiyyəti aşağı salınmalıdır. Ən azı 250 bal olsa yaxşı olar”.

 

Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi Ayşən Məmmədlinin sözlərinə görə, şərtlər bütün tələbələr üçün keçərli deyil:

 

“Necə qeydiyyatdan keçmək lazımdır onun haqqında belə məlumat verən yoxdur. Məncə, bir tələbəyə faizlə kredit verilməməlidir, bir gəncin gələcəyini düşünüb doğru qərar verməlidirlər. Belə şərtlərlə təhsildə heç nə dəyişməyəcək”.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü kurs tələbəsi Rauf Alışov işin sonunda işıq görmür:

 

“Gənclərin ömründən kəsdikləri azmış kimi hələ kredit bataqlığına da batırırlar. Təhsil orta əsrlərdəki kimi yalnız feodallara məxsus bir sahə olacaq. Bu işin sonunda işıq görmürəm.

 

Odlar Yurdu Kollecinin 1-ci kurs tələbəsi Fatimə Məmmədyarova kreditlərin səmərəli tərəflərinin müəmmalı olduğunu deyib:

 

“Bunun səmərəli yanı nə olacaq çox maraqlıdır. Tələbə indi krediti alsın, sonra otursun dərd çəksin ki, o krediti necə ödəyəcəm. Təhsilimizin köklü islahatlara ehtiyacı var. Ölkədə bir tələbə qalmışdı kreditlə yüklənməyən, o da oldu”.

 

Bakı Mühəndislik Univesitetinin 2-ci kurs tələbəsi Lalə Əliyeva deyir ki, nazirliyə əlavə iş yüklənməməli idi:

 

"Məncə Mərkəzi Bankı da Təhsil Nazirliyinə köçürsünlər ki, nazirliyin təhsilə ayırmağa vaxtı olsun. Təhsil tarixində "möhtəşəm" xəbər, ancaq kredit ola bilərdi".

 

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Fidan Qarayeva da şərtlərdən məmnun deyil:

 

"Verilən qaydalara nəzər salsaq görərik ki, əksər tələbə bu kreditdən yararlana bilməyəcək. Bu kredit tələbələr üçün nəzərdə tutulubsa, digər ölkələrdəki kimi şərtlər yüngülləşdirilməlidir. Təklif edirəm ki, qərarlara yenidən baxılsın. Çünki, ehtiyacı olan hər tələbə bu kreditdən yararlanmalıdır".

 

Azərbaycan Diplomatik Akademiyasının 5-ci kurs tələbəsi Vəfa Alışova bu qərarın lazımsız, tələbə üçün əlavə yük olduğunu düşünür:

 

"Bu günə kimi belə bir şey olmayıb, tələbələr necə oxuyubsa, indi də elə təhsil ala bilərlər. Qeyd olunan şərtləri nəzərdən keçirdikdə görürük ki, ölkəmizdə təhsil alan bir çox tələbənin narazılığı yaranacaq. Məncə, ən önəmli faktor tələbələrin maddi durumunun nəzərə alınmasıdır. Buna uyğun olaraq da güzəştlər tətbiq edilməlidir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün Kürdəmirdə DƏHŞƏT - Ər arvadına 20 bıçaq vurdu 14:48, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Elnur Məmmədli təltif olundu - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Jurnlistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün Sabah 32 dərəcə İSTİ olacaq 13:04, Bu gün Azərbaycanın dünyada nüfuzu daha da güclənir 13:00, Bu gün Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR 12:56, Bu gün “Oskar” mükafatından imtina edən aktrisa ÖLDÜ 12:52, Bu gün Rusiyada əcnəbilərin hərbi xidmətə götürülməsi üçün məntəqələr açıldı 12:48, Bu gün Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI 12:44, Bu gün Ombudsmandan hərbçilərin videosu ilə bağlı ÇAĞIRIŞ 12:40, Bu gün Maqnit qasırğası davam edəcək 12:36, Bu gün Keçmiş naminə gələcəyi qurban vermək... 12:32, Bu gün Şəhid Elmin Mirzəyevin xatirəsi anılıb - FOTOLAR 12:28, Bu gün