Modern.az

Baş redaktordan “zəfər mükafatları” paylayanlara və “laureatlar”a ETİRAZ: “Möhtəkirlər...”

Baş redaktordan “zəfər mükafatları” paylayanlara və “laureatlar”a ETİRAZ: “Möhtəkirlər...”

Media

27 Noyabr 2021, 10:54

“Ölkədə yeni "dəb" yaranıb. Az qala məhəllədəki baqqal dükanı da "zəfər" mükafatları paylayır, təqdimat keçirir, sonra da arınmadan və utanmadan Suvorovun əsgərinin portyankası boyda "mətbuat üçün bəyanat"lar verirlər, fotolar paylaşırlar”.

Modern.az xəbər verir ki, bunu tanınmış jurnalist, Milli.az saytının baş redaktoru Elçin Alıoğlu son vaxtlar 44 günlük Vətən müharibəsinin adından sui-istifadə edib qondarma “mükafat” təsis edənlərə və həmin “ödüllər”in laueratlarına etiraz edərkən deyib.


“Tragikomediya o həddə çatıb ki, kimin necə və nəyin müqabilində “seçildiyi”nin bəlli olduğu “gözəllik müsabiqə”lərinin təşkilatçıları da bu işə daraşıblar.


Yaxşı, bu möhtəkirlərin və manıs şüurluların davranış motivasiyasını anladım.


Orada "mükafat" alıb dişini ağardaraq kamera qarşısına keçənləri də başa düşməyə çalışdım.


Bəs cəmiyyətdə tanınan, az-çox çəkisi olanlara nə gəlib ki, belə bayağı, ucuz mərasimlərə qatılırlar?


Zəfər möhtəkirlərin, təlxəklərin, "bloqer, ictimai sima" və ilaxır kimi sırınan bambılıların deyil - o Zəfəri qazananların, can və qan bahasına qələbə əldə edənlərindir”,-deyə baş redaktor vurğulayıb.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi