Modern.az

Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI

Aİ rəsmisi təhsil naziri ilə danışıqlar APARDI

29 Noyabr 2021, 22:22

Azərbaycanın Respublikasının təhsil naziri Emin Əmrullayev Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə Nümayəndəliyinin Səfiri Peter Mixalko ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə E.Əmrullayev özünün tviterdəki səhifəsində bildirib.

 

Görüşdə nazirliklə Aİ arasında təhsil sahəsində əməkdaşlıq diqqət mərkəzində olub.

 

“Bu gün biz Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri cənab Peter Mixalko ilə görüşdük. Görüş zamanı Təhsil Nazirliyi ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub”, - nazir qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...