Modern.az

Qışda hava XƏBƏRDARLIĞI - “Yağmasa da guruldayır”

Qışda hava XƏBƏRDARLIĞI - “Yağmasa da guruldayır”

Aktual

2 Dekabr 2021, 10:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mövsümdən asılı olaraq, davamlı şəkildə vətəndaşlara hava ilə bağlı xəbərdarlıq edir. Əslində bu, rayonlara gedən, səyahətə çıxmaq istəyən vətəndaşlar üçün olduqca vacib xəbərdir. Amma bəzən bu proqnozlar insanların təsəvvüründə yaratdığından da aşağı olur.

 

Nəzərə almalıyıq ki, hazırda qışdır və hər an güclü külək, yağış, qar yağacağı gözləniləndir. Əslində havanın isti, günəşli keçməsi anormal sayılmalıdır. O zaman “güclü külək əsəcək”, “qar yağacaq” kimi xəbərdarlıqlar hansı zərurətdən yaranır?

 

Ekoloq Telmaz Zeynalov Modern.az -a açıqlamasında qeyd edib ki, bu cür xəbərdarlıqlara ehtiyac var.

 

Onun sözlərinə görə, qlobal istiləşmə yoxdur, havalar da tədricən soyuyur:

 

“Qar da yağa bilər, şaxta da ola bilər qış ayı üçün bu normaldır, amma insanlar bunun nə zaman olacağını bilmir. Bu cür xəbərdarlıqla onlar məlumatlanırlar. Kənd təsərrüfatı ərazilərində yaşayan, bu işlə məşğul olan insanlar üçün bu vacib xəbərdarlıqdır. Belə ki, onlar şaxtanın məhsulu məhv eləməməsi üçün bəzi tədbirlər görürlər. Bu cür xəbərdarlıqlar normaldır”.

 

 

Ekoloq Fikrət Cəfərov da saytımıza bildirib ki, bu cür xəbərdarlıqlara ehtiyac var və bunu etmək müvafiq qurumun borcudur.

 

Onun sözlərinə görə, bir tərəfdən bu kimi xəbərdarlıqlar digər qurumların da əhaliyə etməsinə səbəb olur.

 

“Belə ki, bir -iki gün öncə DYP vətəndaşlara müraciət etdi ki, külək olacaq və maşınlarınızı ağacların altında saxlamayın. Belə baxanda bu vətəndaşlar üçün pis deyil. Ötən günlərdə İstanbulda baş verənlərdən hamımız xəbərdarıq. Bu kimi faktlara nəzər salanda, xəbərdarlıq olunmalıdır. İnsanların təhlükəsizliyi üçün bu önəmlidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür