Modern.az

Ukraynaya daha çox \"Bayraktar\" SATILIB?

Ukraynaya daha çox \

4 Dekabr 2021, 20:33

Türkiyə Ukraynaya açıqlanandan daha çox “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatları satıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg”ə danışan mənbələr məlumat verib.

 

Adları açıqlanmayan mənbələr 2019-cu ildən etibarən Ukraynaya idarəetmə stansiyaları və raketləri olan onlarla dron satıldığını iddia edib. Mənbələr ən azı 24 ədəd əlavə sifarişlərin verildiyini bildirib.

 

Türkiyə ilə Ukrayna arasındakı əməkdaşlıq təkcə PUA-larla məhdudlaşmır. Mənbələrin məlumatına görə, Türkiyə “Zenit-2” daşıyıcı raketinin birgə istehsalı üçün Ukrayna ilə danışıqlar aparır.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?