Modern.az

Ukraynada Yanukoviç dönəmi başladı

Ukraynada Yanukoviç dönəmi başladı

25 Fevral 2010, 15:13

Bu gün Ukraynada yeni prezident Viktor Yanukoviçin inaqurasiya mərasimi keçirilib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, yeni seçilmiş prezident Ali Radada keçirilən mərasimdə sağ əlini 16-cı əsrdən qalma İncilə basaraq Ukrayna xalqına sadiq qalacağına  and içib.  1991-ci ildən sonra müstəqil Ukraynanın 4-cı prezidenti “Ukrayna xalqının iradəsiylə dövlət başçısı seçilən mən, Viktor Yanukoviç Ukraynaya sadiq qalacağıma and içirəm. Bütün səylərimlə Ukraynanın suverenliyi və müstəqilliyini, vətəndaşlarımızın hüquq və azadlıqlarını qoruyacağıma, Ukraynanın dünyadakı nüfuzunu gücləndirməyə and içirəm”deyib.

59 yaşlı prezident andiçmə mərasimindən sonra rəsmən prezident səlahiyyətlərinin icrasına başlayıb.

 

Yanukoviç bu gün prezident kimi ilk bəyanatlarını verib. O, bəyan edib ki, Ukrayna bloklara qoşulmayan Avropa dövləti kimi fəaliyyət göstərəcək. Onun sözlərinə görə, Ukrayna elə bir  xarici siyasət kursu seçəcək ki, Rusiya, ABŞ və AB ilə bərabərhüquqlu münasibətlərin  inkişafından maksimum nəticə əldə etsin. Yanukoviç Nazirlər  Kabinetində islahatların aparılması vacibliyini bəyan edib. Onun sözlərinə görə, Nazirlər Kabineti peşəkarlar komandasına çevrilməlidir. O, bütün deputatları Ukrayna naminə əməkdaşlq etməyə çağırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...