Modern.az

Dağıstanın DİN başçısını güc strukturları özləri öldürüb

Dağıstanın DİN başçısını güc strukturları özləri öldürüb

26 Fevral 2010, 11:23

Dağıstanın daxili işlər naziri, Rusiya Qəhrəmanı Adilgəray Maqomedtahirovun sabiq və hazırda iş başında olan güc strukturları əməkdaşları özləri öldürüb. Moden.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə başlamış olan cinayət işi artıq yekunlaşmaq üzrədir. “Kommersant” qəzetinin açıqlamasına görə, genarala atəşi Müdafiə Nazirliyinin çavuşu açıb, killeri hadisə yerinə keçmiş milis işçisi gətirib, cinyati isə 250 min rubl qarşılığında keçmiş məhkəmə əməkdaşları təşkil edib. İstintaq qatilin yaxın əlaltılarının da hərbi xidmətdə olan iki hərbçi olduğunu bildirir.

 

Xatırladaq ki, Dağıstanın keçmiş prezidenti Muxu Əliyev də  DİN başçısının “özünkü”lər tərəfindən öldürülə bilməsi versiyasını irəli sürüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi