Modern.az

Jirinovski klonlaşmaq istəyir

Jirinovski klonlaşmaq istəyir

26 Fevral 2010, 22:28

Rusiya Dövlət Dumasının vitse-spikeri LDPR-in sədri Vladimir Jirinovski özünü klonlaşdırmaq istədiyini bəyan edib. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Jirinovski deyib ki, özünün klonunu görməyə şad olardı. “Klonumun yaradılması rus xalqının xeyrinə olar. Bizim bütün tanınmış alimləri klonlaşdırmaq lazımdır”-deyə o vurğulayıb.  Jirinovskinin sözlərinə görə,  rəhbərlik etdiyi partiya insan üzərində klonlşma təcrübələrini qadağan edən qanunun ləğv edilməsinə çalışacaq. Onun fikrincə, Qərbdə belə təcrübələr aparıldığı halda Rusiyada bunun qadağan olunması məntiqsizdir. “Klonlaşdırılma-bəşəriyyətin xilasıdır”-deyən qalmaqallı vitse-spiker təklif edib ki, “insanları yetişdirmək sağlam orqanlar əldə etmək üçün vacibdir”.  

“Ağıllı adamları klonlaşdırmaq və onların məlumat bazalarını yaratmaq lazımdır”-deyə deputat bildirib. Qeyd edək ki, 26 fevralda Dövlət Duması insan klonlaşdırılmasını qadağan edən qanun layihəsini qəbul edib. 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi