Modern.az

Rusiyada futbol korrupsiyası - 1 milyardlıq oğurluq

Rusiyada futbol korrupsiyası - 1 milyardlıq oğurluq

Dünya

7 Fevral 2013, 11:10

Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək 2018-ci il Dünya Çempionatı üçün tikilən stadiona dair istintaq başlanıb. Modern.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, “Zenit” stadionunun tikintisində təxminən 17 milyon dollara yaxın pul yeyilib.

Müstəntiq Sergey Litvunenkonun verdiyi açıqlamaya görə, bu pulların oğurlanması və ya hara xərclənməsi ilə bağlı araşdırma aparılacaq. Bununla yanaşı, müstəntiq qeyd edib ki, stadionun tikintisinə məsuliyyətli olan məmurlar haqqında da istintaq başlanılıb.
2007-ci ildə tikintisinə başlanılan stadiona büdcədən 1,5 milyard dollar pullar ayrılsa da, cəmi 500 milyon pul xərcləndiyi qeyd olunub.

Qeyd edək ki, 2018-ci ildə futbol üzrə Dünya Çempionatı Rusiyada keçiriləcək. 

Sevinc

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu