Arxiv
3 mart 2010, 15:57 | QARABAĞ
Azərbaycanın elmi diasporunun portalı yaradılıb

Bu gün Bakıda Azərbaycanın elmi diasporuna həsr olunmuş internet-portalın təqdimat mərasimi keçirilib. Hələlik www.elmidiaspora.internet.az ünvanında yerləşən resurs Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər (AKTAM) qeyri-hökumət təşkilatı tərəfindən bir sıra dövlət strukturlarının dəstəyi ilə hazırlanıb. Layihənin məqsədi xaricdə yaşayan azərbaycanlı alimlər, tədqiqatçılar, müasir texnologiya sahəsində qabaqcıl mütəxəssislər haqqında informasiya-analitik məlumat bankının yaradılması, Azərbaycanda yaşayanlar üçün xaricdəki görkəmli həmvətənləri haqqında bilmələrinə köməkliyin göstərilməsi, onların təcrübəsinin elm və texnikanın inkişafında istifadə olunmasıdır. Həmçinin layihə müxtəlif ölkələrdə yaşayan elmi diaspor nümayəndələri ilə əlaqələrin yaradılması, eləcə də Azərbaycanın dünya səviyyəsində təqdim olunması işində səylərin bir araya gəlməsi məqsədini daşıyır. Təqdimat mərasimində çıxış edən Azərbaycan Mili Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bu cür portalın əhəmiyyətindən danışaraq yeni texnologiyaların dünya üzrə əlaqələrin qurulmasında böyük rol oynadığını qeyd edib, eləcə də ölkədə internet-resursların sayının durmadan artdığını və bunun informasiya texnologiyalar sahəsinin inkişafından irəli gəldiyini vurğulayıb. Xüsusi olaraq elmi diaspor üçün yaradılmış bu portal Azərbaycan elminin inkişafına xidmət edə bilər, gənc alim və mütəxəssislər təcrübənin öyrənilməsi, yaşadıqları ölkələrdə özlərini tanıtmış Azərbaycan nümayəndələri ilə əlaqələrin qurulmasında resursdan yararlana biləcəklər, - M. Kərimov bildirib. Portal layihənin əlaqələndiricisi, AKTAM-ın direktoru Natiq Əhmədov təqdim edib. Hələ ki təkcə Azərbaycan dilində fəaliyyət göstərən portalın gələcəkdə İngilis dilli versiyası da yaradılacaq. Wikipedia onlayn-ensiklopediyası nümunəsi üzrə işlənib hazırlanmış portalda istifadəçi tərəfindən öz səhifəsində məlumat yerləşdirmək və əlavə etmək imkanı var. Qeyd etmək lazımdır ki, resursda artıq bir sıra elm adamları qeydiyyatdan keçib. Təqdimatdan sonra çıxış edən Azərbaycan elm dairələrinin, eləcə də dövlət strukturlarının nümayəndələri bu cür resursun yaradılmasını müsbət qiymətləndirib və layihə üzərində işləyən alimlər qrupuna uğurlar arzu ediblər. Ən əsası isə çıxış edənlər layihənin məqsədinə çatmaqda, yəni yaşadığı ölkədən asılı olmayaraq Azərbaycan elminin nümayəndələrinin bir araya gəlməsi üçün virtual məkanın yaradılmasına köməklik göstərməyə hazır olduqlarını bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda 300 min nəfərə 215 manat kompensasiya veriləcək 4 Aprel 2020, 20:59 Əli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİ 4 Aprel 2020, 20:46 Operativ Qərargahdan xaricdəki Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ 4 Aprel 2020, 20:40 Heydər Əliyev Mərkəzindən koronavirusun geniş yayıldığı ölkələrə növbəti dəstək - FOTO+VİDEO 4 Aprel 2020, 20:37 Azərbaycana giriş-çıxış dayandırıldı - Rəsmi 4 Aprel 2020, 20:29 Zərdabda karantin rejimini pozan şəxs həbs edildi 4 Aprel 2020, 20:24 Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİ 4 Aprel 2020, 20:15 Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib 4 Aprel 2020, 20:06 Cinema Radio fəaliyyətini “Fakt Cinema” rubrikası ilə davam etdirir 4 Aprel 2020, 20:00 İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı 4 Aprel 2020, 19:52 “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” - Ağalar Vəliyev 4 Aprel 2020, 19:38 AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət etdi 4 Aprel 2020, 19:28 Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər danışdı - Video 4 Aprel 2020, 19:14 Qubada karantin rejimini pozan çayxana aşkarlandı - VİDEO 4 Aprel 2020, 19:02 DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət etdi 4 Aprel 2020, 18:54 İnsanlar artıq vəziyyətin ciddiliyini qəbul edirlər - Deputat 4 Aprel 2020, 18:46 "Gəlin, gözəlliyimiz üçün qurbanlar verməyək" - Fəxriyyə Xələfova xanımlara SƏSLƏNDİ 4 Aprel 2020, 18:35 KİVDF-nin yeni rəhbəri kimdir? - DOSYE 4 Aprel 2020, 18:10 TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi AXTARIR 4 Aprel 2020, 18:08 Təhsil Nazirliyinin yeni "Qaynar xətt"i istifadəyə verildi 4 Aprel 2020, 18:00 OPEC+ nazirlərinin görüşü niyə TƏXİRƏ SALINDI? 4 Aprel 2020, 17:55 Çində 3 dəqiqəliyə həyat dayandı - VİDEO 4 Aprel 2020, 17:50 Əcnəbilərin hərəkətinə də məhdudiyyət qoyulacaq 4 Aprel 2020, 17:23 Prezidentdən MTRŞ-ə yeni üzv təyinatı 4 Aprel 2020, 17:08 “...gəlin, hərə əlinə bir dəsmal götürüb ağlasın” - Hamlet İsaxanlı ilə #evdəqal SÖHBƏTİ 4 Aprel 2020, 17:01 İlham Əliyev KİVDF-yə yeni icraçı direktor təyin etdi 4 Aprel 2020, 17:00 Vüqar Səfərli işdən çıxarıldı - SƏRƏNCAM 4 Aprel 2020, 16:56 “Nə Ağcabədi, nə də Füzulidə koronaviruslu var” - Deputat Qarabağ bölgəsindəki vəziyyətdən DANIŞDI 4 Aprel 2020, 16:52 Milli Məclisin Toponomiya Komissiyasına sədr seçildi 4 Aprel 2020, 16:43 Rusiya koronavirusa qarşı peyvəndi sınaqdan keçirəcək 4 Aprel 2020, 16:38 Təəssüf ki, qaydalara diqqətlə riayət edilmir - Pərvin Kərimzadə   4 Aprel 2020, 16:23 Goranboyda silah-sursat tapıldı 4 Aprel 2020, 16:14 SMS icazə sistemindən İSTİFADƏ QAYDALARI - VİDEO 4 Aprel 2020, 16:06 Aprel qələbəsinə dair onlayn konfrans keçirildi 4 Aprel 2020, 15:59 İqtisad Universiteti evlərdən distant təhsilə başlayır 4 Aprel 2020, 15:52