Martın 4-də İçərişəhərdəki Muğam Klubunda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası 2009-cu il üçün qalib hesab etdiyi media qurumları və təmsilçilərini, ayrı-ayrı şəxsləri müxtəlif nominasiyalarda mükafatlandırıb.
Modern.az xəbər verir ki, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova tədbirdə çıxış edərək qalibləri təbrik edib. Sonra qaliblərə diplomlar təqdim olunub. Qaliblər aşağıdakılardır:
Mətbuatda açıq diplomat - ATƏT-in Azərbaycandakı nümayəndəliyin rəhbəri Ali Bilge Cankorel;
İlin İnformasiya agentliyi – AzərTAc;
İlin regional televiziyası –ELTV, KƏPƏZ TV, Kanal F; İlin telviziyası –AzTV;
İlin ən yaxşı xəbər portalı - Day.az;
İlin ən yaxşı qadın jurnalı - “Azərbaycan qadını”;
İlin internet qəzeti – Mediaforum.az;
Azərbaycan milli mətbuatının inkşafında xidmətlərinə görə - Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdri Əli Həsənov; Mətbuata açıq dövlət məmuru – xarici işlər nazirinin müavini, Ali Diplomatiya Kollecinin rektoru Hafiz Paşayev; İlin jurnalist qadını - “Kaspi”qəzetin əməkdaşı Təranə Məhərrəmova; İlin jurnalist qadını - İTV-nin əməkdaşı Gulşən Əliyeva;
İlin xəbər aparıcısı - ATV-nin əməkdaşı Samirə Mustafayeva;
İlin ən yaxşı idman kanalı –AzTV idman; İlin ictimai-siyasi verilişi – “Aktual xəbər” (Xəzər TV);
İlin siyasi-analitik verilişi - “Səda-həftə” (Lider TV);
Türk dünyası, türk xalqlarının ortaq tarixi haqqında maarifləndirmə, təbliğat işlərinə görə - “Şərq” və “Olaylar”qəzetləri;
İlin region qəzeti - “Mingəçevir işıqları”;
Reportyor işinə görə mükafat - Vusalə Rüstəmova (İTV);
Jurnalistikaya verdiyi töhfələrə görə - Mətbuat Şurasının sədri Əflatun Amaşov; Qadın, sağlaülıq məsələləri və “Genofondumuzu qoruyaq” layihəsinin təşkilində göstərdiyi xidmətlərə görə - “Qazelli” MMC-nin prezidenti Zərifə Həmzəyeva; Mətbuatda göstərdiyi dəstəyə görə - “Azercell Telekom” MMC.
|
|
|
|
|