Modern.az

Azərbaycanda keyfiyyətsiz tibbi xidmət ana ölümünə yol açır

Azərbaycanda keyfiyyətsiz tibbi xidmət ana ölümünə yol açır

4 Mart 2010, 19:44

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi “Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində mövcud durum və problemlər” mövzusunda dəyirmi masa keçirib. Modern.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd ana və uşaq problemlərindəki mövcud durumu ictimaiyyətin diqqətinə çatdırmaq olub.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehdiyev bildirib ki, rəsmi məlumatlara görə, 2008-ci ildə uşaq ölüm göstəricisi 12,0 promilli olubsa, 2009-cu ildə bu göstərici 11,4 ə enib. Ana ölümü əmsalı isə müvafiq olaraq 26,1-dən 24,3-ə düşüb.

Azər Mehdiyev qeyd edib ki, Azərbaycan BMT-nin Minilliyin İnkişaf Məqsədləri Bəyannaməsini qəbul edib. Burada da əsas hədəf  2015-ci ilədək uşaqlar arasında ölüm hallarını 2/3 dəfə, ana ölüm əmsalını isə 3/4 dəfə azaltmaqdır.

UNİCEF-in son açıqlamasıına görə isə 2007-ci ildə Azərbaycanda uşaq ölümü göstəricisi beş yaşına çatmamış uşaqlar arasında hər 1000 diri doğulmuş uşağa 39 olub. Bu göstərici üzrə Azərbaycan dünyanın 194  ölkəsinin sırlamasında 77-ci yerdə olub. Bu sırlamada Ermənistan 99-cu, Gürcüstan isə 88-ci yerlərdə olub. MDB ölkələrindən Türkmənistan, Özbəkistan, və Tacikistan uşaq ölmü səviyyəsinə görə Azərbaycanı qabaqlayır.

Azərbaycanda 1 yaşadək körpələr arasında ölüm səviyyəsi 2007-ci ildə hər diri doğulan uşağa 34 təşkil edib. Gürcüstanda bu göstərici 27, Ermənistanda isə 22 olub.

Azər Mehdiyev  vurğulayıb ki, ölkədə tibbi xidmətlərin səviyyəsinin yetərincə olmaması, keyfiyyətli tibbi xidmətin yerində və vaxtında göstərilməməsi, insanların məlumatsızlığı, həkimlərin məsuliyyətsizliyi və ya savadsızlığı ana ölümünə gətirib çıxaran hallardır.

A.Mehdiyev hesab edir ki, ana və uşaq sağlamlığının gücləndirilməsi istiqamətində zəruri addımlar atılmalıdır: - İlk növbədə gender bərabərliyini təmin olunmalı, qadınlar maarifləndirilməli, qadın məsləhətxanalarının işi gücləndirilməlidir. Bununla yanaşı, yüksək keyfiyyətli tibbi xidmət təşkil edilməli, xəstəxanaların maddi texniki bazası yaxşılaşdırılmalı və  tibbi personalın peşəkarlığı yüksədilməlidir. Təhminə Paşayeva

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir