Modern.az

Obama Putinə zəng vurdu

Obama Putinə zəng vurdu

2 Mart 2013, 11:25



Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Modern.az Rusiya prezidentinin rəsmi saytında istinadən bildirir ki, telefon danışığı zamanı “qaynar beynəlxalq mövzularda” müzakirə aparılıb. Telefon zəngi ABŞ tərəfinin təşəbbüsü ilə olub.

“Dünyada sülhün təmin olunması üçün hər iki dövlətin birgə səylərinin prinsipial əhəmiyyət daşıdığı vurğulanıb”-deyə Kremlin rəsmi məlumatında deyilir.

Əsas diqqət Yaxın Şərq böhranı, İran və raket əleyhinə müdafiə sistemləri ilə bağlı olub. Prezidentlər sentyabr ayında Sankt-Peterburqda keçiriləcək “20”lərin sammitində görüşəcəklərinə ümid etdiklərini bildiriblər.

Putin Obamanı Moskvaya rəsmi səfərə dəvət edib.  

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!