Modern.az

Birinci ledi ana oldu

Birinci ledi ana oldu

5 Mart 2013, 13:35

Şimali Koreya Xalq Demokratik Respublikasının prezidenti Kim Cen Inın keçən ilin sonunda qızı anadan olub. Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Foxnews telekanalı Seuldakı mənbələrə istinadən məlumat yayıb. Məlumatda həmçinin deyilir ki, uşağın cinsi məlum deyil, amma mətbuatın fikrinə görə bu qızdır. “Əgər oğlan uşağı doğulsaydı, o zaman ölkənin vəzifəli şəxsləri rəsmi bəyanat verərdilər”.

Qeyd edək ki, keçən il “İnterfaks” Agentliyində diktatorun xanımı Li Sul Cjunun hamilə şəkli yayımlanmışdı.

 

Aytən Əliyeva

 
Sizə yeni x var
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı