Modern.az

QHT nümayəndələri Azay Quliyevin rəhbərliyi ilə Türkiyəyə gedir

QHT nümayəndələri Azay Quliyevin rəhbərliyi ilə Türkiyəyə gedir

Aktual

5 Mart 2013, 17:53

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyilə Şuranın nümayəndə heyəti 6-9 mart tarixlərində Türkiyədə səfərdə olacaq.

Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və bu sahədə yeni perspektiv imkanların müəyyənləşdirilməsi üçün ilk dəfədir ki, iki ölkənin rəsmi dövlət qurumları səviyyəsində işgüzar təmaslar reallaşacaq. Səfər çərçivəsində Şura və Türkiyənin analoji qurumları arasında təcrübə mübadiləsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri əsas müzakirə obyekti olacaq. 

Nümayəndə heyəti Türkiyənin Baş Vəqflər İdarəsində, Daxili İşlər Nazirliyində, Avropa Birliyi Nazirliyində, Ölkədən Kənarda Yaşayan Türklərlə İş İdarəsində, eləcə də İnkişaf Nazirliyində görüşlər keçirəcək, Azərbaycan-Türkiyə ictimai əlaqələrinin daha da genişləndirilməsilə bağlı fikir mübadiləsi edəcək.

QHT sektorunun möhkəmləndirilməsi, QHT-lərin maliyyələşdirilməsi, bu yöndə təcrübə mübadiləsi və ictimai fəaliyyətə aid digər məsələlərlə bağlı bundan öncə Şuranın nümayəndə heyətləri Macarıstan, ABŞ, Xorvatiya, Çexiya və Rusiyada da səfərlərdə olub.             

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!