Modern.az

Qənirə Paşayeva təqdimat mərasimi keçirdi - FOTOLAR

Qənirə Paşayeva təqdimat mərasimi keçirdi - FOTOLAR

6 Mart 2013, 15:26

Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Oqtay Kazıminin musiqilərinə Qənirə Paşayevanın sözləri əsasında 7 mahnıdan və bir duetdən ibarət "Ağla mənim üçün bu şəhər və sən" albomunun təqdimatı keçirilib. Təqdimat şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla anılmasıyla başlayıb. Muğam Klubda baş tutan tədbirdə millət vəkili Qənirə Paşayeva bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib və bildirib ki, Qadınlar bayramı münasibətilə işıq üzü görən "Ağla mənim üçün bu şəhər və sən" albomunun satışından əldə olunacaq bütün vəsaiti Şəhid Anaları Cəmiyyətinə bağışlayıb.
Qənirə Paşayeva əldə olunan gəlirlə cəmiyyətin saytının yaradılacağını və şəhidlərimizlə bağlı bəzi kitab və video materialların hazırlanacağını deyib.

Tədbirdə Şəhid Anaları Cəmiyyətinin sədri, Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova çıxış edib. O, millət vəkilinin atdığı bu humanist addımı alqışlayaraq təşəkkür edib.

Tədbirin musiqili qonaqları - Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova, Elza Seyidcahan, gənc və istedadlı sənətçilər Əbdülxalid, Ayaz Qasımov albomun işıq üzü görməsi münasibətilə təbrik edib və alboma daxil olan mahnıları ifa ediblər.
Martın 4-dən etibarən sözləri Qənirə Paşayevaya, musiqiləri bəstəkar O. Kazımiyə məxsus mahnılardan ibarət "Ağla mənim üçün bu şəhər və sən" albomu "Əli və Nino" kitab şəbəkələri mağazalarında  artıq satışdadır.





Modern.az


Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir