Arxiv
13 Aprel 2013, 14:33 |
Bir şəklin tarixçəsi: Brejnevin sonuncu Bakı səfəri və 47 gündən sonrakı ölümü...


Gəl, gəl ki, əziz yoldaşımız, doğma Brejnev,
Yurdumda açıqdır üzünə hər qapı, hər ev!

Modern.az saytının Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu nadir fotoşəkil Sov.İKP MK-nın baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid İliç Brejnevin Bakıya gəlişini özündə əks elətdirir.

1982-ci ilin sentyabrı. Azərbaycan Sovet Sosialist Respublikası beşilliyin növbəti ilini uğurla başa vuraraq, sosialist öhdəliklərinə artıqlaması ilə əməl etdiyinə görə yüksək mükafata – Lenin ordeninə layiq görülüb. Fəhlə sinfinin, kolxozçu kəndlilərin, xalq ziyalılarının ilhamlı, fədakar əməyi sayəsində qazanılan bu müvəffəqiyyətin mükafatını – Lenin ordenini təqdim etmək üçün şəxsən Leonid İliç Brejnev Sovet Azərbaycanına gəlir. O zaman bu qiymətləndirmə “Kommunist” qəzetində L.İ.Brejnev yoldaşın Sovet Azərbaycanına daimi atalıq qayğısının təzahürü kimi yozulur.

Azərbaycanda rəhbərin gəlişinə xüsusi hazırlıq görülür. Hətta Brejnevin Bakı səfəri ilə bağlı xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm “Alqış!” şeiri də yazır. Şeirdə L.İ.Brejnevin Bakıya gəlişi belə vəsf olunur:

Ey qardaşımız, dostumuz, hörmətli Brejnev,
Sülh cəbhəsinin carçısı, qüdrətli Brejnev!
Bir böylə cəlal görməmişik öz yaşımızdan,
Hey zirvələr aşmaq sözü çıxmır başımızdan,
İlham alırıq səndən, əziz qardaşımızdan,
Gəl, gəl ki, səni vəcdə gəlib, gözləyir ellər,
Saysız qızıl əllərdə yenə tər-təzə güllər!

Gəl, yurduma şöhrət gətirirsən gəlişinlə,
Qəlbində məhəbbət gətirirsən gəlişinlə,
Hər qəlbə hərarət gətirirsən gəlişinlə,
Gəl, gəl ki, əziz yoldaşımız, doğma Brejnev,
Yurdumda açıqdır üzünə hər qapı, hər ev!

Nəhayət gözlənilən an yetişir. Bakı yoldaş Brejnevi əziz və istəkli qonaq kimi qarşılayır. 1982-ci ilin 24 sentyabr tarixində Brejnev günəşli Azərbaycan ayaq basır. Binə aeroportunda Leonid İliç ölkə rəhbərliyi tərəfindən yüksək səviyyədə qarşılanır. Şəkildən göründüyü kimi, rəhbəri qarşılamağa Azərbaycan SSR KP MK-nın birinci katibi Heydər Əliyev, Nazirlər Soveti sədrinin 1-ci müavini Süleyman Tatlıyev,  Bakı şəhər Partiya Komitəsinin 1-ci katibi Vaqif Hüseynov, Mərkəzi Komitənin katibi Fuad Musayev, Azərbaycan DTK-sının sədri Ziya Yusifzadə gəlib.

Binə aeroportundan maşın karvanı birbaşa V.İ.Lenin adına meydana gəlir. Azərinform-un (indiki AzərTAc-ın) o zaman yaydığl informasiyada belə qeyd edilib: “Leonid İliç Brejnev maşından çıxır... Respublika paytaxtının adlı-sanlı adamlarının bir qrupu, milli libas geymiş uzunömürlülər Leonid İliçə yaxınlaşırlar. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov Bakı şəhərinin fəxri vətəndaşının medalını bakılılar adından hörmətli qonağa təqdim edir”.

Lenin adına meydandan sonra Leonid İliç Brejnev SSRİ Xalqlarının Dostluğu Sarayının ekspozisiyası ilə tanış olmaq üçün Dağüstü parka gəlir. Ekspozisiya ilə tanışlıqdan sonra Brejnev fəxri qonaqlar kitabına ürək sözlərini yazır.
Növbəti gün – sentyabrın 25-də Brejnev yenidən yenidən Lenin adına meydana gəlib proletariatın dahi rəhbərinin abidəsi önünə gül-çiçək qoyur, sonra 26 Bakı komissarının memorialına baş çəkir və burada əklil qoyur, “Şelf-2” üzən qazma qurğusuna baxır, XI qızıl ordunun şərəfinə abidənin ucaldıldığı meydana gedir və burada Böyük Vətən müharibəsinin veteranı, Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov ona sülhün rəmzi kimi, qəbzəsi brilyantlarla bəzədilmiş yadigar qılınc təqdim edir. Daha sonra Brejnev Azərbaycan SSR Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Kənd təsərrüfatı” pavilyonuna gedir. Sentyabrın 26-da isə sovet dövlətinin başçısı V.İ.Lenin adına sarayda Azərbaycan SSR-ə Lenin ordeninin təqdim olunmasına həsr olunmuş təntənəli iclasda iştirak və çıxış edir.

Sentyabrın 27-də Brejnev “İl-62” təyyarəsilə Bakı aeroportundan SSRİ-nin paytaxtına –Moskvaya qayıdır.

Yeri gəlmişkən, Leonid İliç elə həmin il Bakıya gəldiyi 24 sentyabr tarixindən 47 gün sonra 10 noyabr 1982-ci il tarixində dünyasını dəyişir.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sosial şəbəkələrdə narkotiki təbliğ edən “TikTok”erlər TUTULDU 28 İyul 2021, 14:10 Bugünkü imtahanda 10 nəfər zaldan QOVULDU 28 İyul 2021, 14:04 Ceyhun Bayramov: "Spikerlərin görüşü tarixi hadisədir" 28 İyul 2021, 13:58 Karantini heçə sayan restoran sahibinə cinayət işi açıldı 28 İyul 2021, 13:38 Mədət Quliyev nazir müavini ilə danışıqlar apardı 28 İyul 2021, 13:32 Erməni casuslara 15 il iş KƏSİLDİ 28 İyul 2021, 13:28 Güc üçlükdədir: Dünyaya birlik və qardaşlıq dərsi   28 İyul 2021, 13:22 Narkotik satanlara qarşı növbəti əməliyyat   28 İyul 2021, 13:16 25 gündə yol qəzalarında 60 nəfər ölüb 28 İyul 2021, 13:10 Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var 28 İyul 2021, 13:04 Ermənistan Müdafiə Nazirliyinin daha bir yalanı ÜZƏ ÇIXDI 28 İyul 2021, 12:58 Qanunsuz ov edənlər cəzalandırıldı 28 İyul 2021, 12:53 Leysan yağacaq, dolu düşəcək - Sabahın havası 28 İyul 2021, 12:48 BDU-dakı bıçaqlanmanın səbəbi bilindi - Yeni FAKTLAR 28 İyul 2021, 12:43 Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ 28 İyul 2021, 12:38 Türkiyə bu ölkələrin TÜRKPA-ya daxil olmasını istəyir - EKSKLÜZİV 28 İyul 2021, 12:33 Ombudsman sərhəddə baş verənlərdən narahatdır 28 İyul 2021, 12:28 Oğurluq üstündə tutuldular - narkotik alverçiləri olduqları üzə çıxdı 28 İyul 2021, 12:22 Göyçayda toy qaydalarını pozanlar CƏRİMƏLƏNDİ 28 İyul 2021, 12:16 Düşmən itkilərini elan etdi: Ölən hərbçilərin ADLARI 28 İyul 2021, 12:10 Diaspor nümayəndələri Cıdır düzündə - FOTOLAR 28 İyul 2021, 12:04 Mustafa Şentop Modern.az-a Şuşa səfərindən DANIŞDI 28 İyul 2021, 11:58 Prokuror erməni casuslarına 16 il iş istədi - YENİLƏNİB 28 İyul 2021, 11:53 Rusiyadan sərhəddəki gərginliyə REAKSİYA 28 İyul 2021, 11:48 Şəhidin bank kartından pul oğurlandı 28 İyul 2021, 11:42 Dünən 94 yanğın olub, 4 nəfər xilas edilib 28 İyul 2021, 11:36 Bakıda yaralanan polislərin vəziyyəti necədir? - DİN-dən açıqlama   28 İyul 2021, 11:30 Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı   28 İyul 2021, 11:25 Azərbaycanın Əfqanıstandakı səfiri dəyişdi - YENİLƏNİB 28 İyul 2021, 11:20 Azərbaycanda professor vəfat etdi  28 İyul 2021, 11:15 Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində ATIŞMA GEDİR 28 İyul 2021, 11:10 Ağdaş sakinindən “patı” və tramadol götürüldü - FOTO 28 İyul 2021, 11:04 Ortaq Türk ordusu yaradılacaq? - Spikerdən CAVAB 28 İyul 2021, 10:58 Azərbaycan nefti bahalaşdı  28 İyul 2021, 10:52 Ağır qəzaların olduğu “Bağırov” körpüsündə yenilik - VİDEO 28 İyul 2021, 10:46