Modern.az

Plastik cərrahiyyə dəbdən düşür

Plastik cərrahiyyə dəbdən düşür

23 Mart 2010, 13:39

Amerikalıların çoxu plastik əməliyyatlardan imtina edir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikada plastik əməliyyatlara razılıq verənlərin sayı getdikcə azalır. “Le Pais” qəzetinin yazdığına görə, Amerika vətəndaşları  cərrahi müdaxiləyə “yox”,  iynələrə “hə” deyir. Qəzet yazır ki, amerikalıların bu qərarına səbəb son dövrlərin iqtisadi böhranıdır. American Society for Aesthetic Plastic Surgery (ASAPS) mərkəzinin məlumatına görə, ötən il ABŞ-da plastik əməliyyatların sayı 17 faiz azalıb.  ASAPS qeyd edir ki, indi amerikalılar özlərinə döşlərin şişirdilməsi kimi bahalı  plastik əməliyyatları rəva görə bilməzlər. Ola bilsin ki, iqtisadi durum yaxşılaşdıqca bu sahədə vəziyyət də düzəlsin.

 

Məlumatlara görə, son illər plastik əməliyyatların sayı  qlobal böhrana qədər də azalıb. Məsələn, 2004-cü ildə 2,1,  2005-ci ildə isə 1,5 milyon plastik əməliyyat keçirilib. Bu rəqəmlər amerikalıların bu cür əməliyyatlara marağının azalmasını göstərir. Həkim-kosmetoloq Vendi Lyusun sözlərinə görə, indi müştərilər daha çox təbii vasitələrə üstünlük verir. Digər tərəfdən son dövrlər pasiyentlər lazer texnologiyalarına meyl edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı