Modern.az

Naxçıvan məhkəməsinin jurnalistlə bağlı qərarı LƏĞV EDİLDİ

Naxçıvan məhkəməsinin jurnalistlə bağlı qərarı LƏĞV EDİLDİ

2 Fevral 2023, 17:08

Bu gün Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasında jurnalist Tural Səfərova bəraət verilməsi üzrə kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

 

Modern.az-ın xəbərinə görə, Tural Səfərov bildirib ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin onun barəsində çıxardığı qərar ləğv edilib.

 

Ali Məhkəmənin bəraət vermək hüququ olmadığından iş baxılması və bəraət verilməsi üçün yenidən Apellyasiya Məhkəməsinə qaytarılıb.

 

Qeyd edək ki, Tural Səfərov Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədlinin iddiası əsasında 2021-ci ilin iyun ayında həbs edilib. O, Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək, 4 ay müddətinə azadlıqdan məhrum olunub.

 

Bir ay həbsdə qaldıqdan sonra Azərbaycanın müvafiq dövlət orqanlarının müdaxiləsi ilə Tural Səfərov şərti azadlığa buraxılıb. Həmin ilin dekabr ayında amnistiya tətbiq edilib və məhkumluğu götürülüb.

 

Naxçıvan məhkəmələrinin qərarı ilə razılaşmayan jurnalist ona bəraət verilməsi xahişi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verib.

 

Jurnalist  hesab edir ki, həmin vaxt Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun tapşırığı ilə qanunsuz şəkildə həbs edilib. Səbəb kimi Naxçıvan Beynəlxalq Hava Limanı barədə tənqidi status yazmasını görür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna bu əraziləri azad etdi - Ruslar geri çəkilir