Modern.az

Sezai Yılmaz ATU-nun “Qonaq professoru” adını aldı

Sezai Yılmaz ATU-nun “Qonaq professoru” adını aldı

Aktual

26 May 2023, 11:34

Malatya Universitetinin professoru, qaraciyər transplantasiya şöbəsinin rəhbəri Sezai Yılmaz Azərbaycan Tibb Universitetinin “Qonaq professoru” (Visiting professor) adına layiq görülüb.

 

ATU rektoru, professor Gəray Gəraybəyli “Qonaq professor” sertifikatını Sezai Yılmaza şəxsən təqdim edib. Rektor uğurlu əməkdaşlıq üçün professor S.Yılmaza təşəkkürünü bildirib.

 

Qeyd edək ki, ATU-nun Elmi Şurasının qərarına əsasən, universitetdə 2018-ci ildən etibarən “Qonaq professor” vəzifəsi təsis edilib. Hazırda 7 fərqli universitetlərin nümayəndələri ATU-nun “qonaq professorlarıdır. Bu titula layiq görülən mütəxəssislər məhdud zaman müddətində universitetin müxtəlif fakültələrində dərs demək üçün dəvət olunurlar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?