Modern.az

QHT-lər üçün yeni maliyyə müsabiqəsi elan edildi

 QHT-lər üçün yeni maliyyə müsabiqəsi elan edildi

Qarabağ

13 Aprel 2010, 14:12

 

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyəti 2010-cu il üçün  QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı birgə maliyyə yardımı müsabiqəsi elan edib. Modern-ın məlumatına görə, bu gün “Trend” İnformasiya Agentliyinin konfrans zalında keçirilən mətbuat konfransında hər iki qurumun rəhbərləri Azay Quliyev və Horia Adrian müsabiqənin şərtlərini açıqlayıblar.

 

Şura və “Qaradağ Sement” ASC-nin sosial tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirdikləri bu maliyyə yardımı müsabiqəsində aşağıdakı istiqamət və mövzular üzrə tərtib edilmiş QHT layihələrinə üstünlük veriləcək:

1. QHT-lər üçün ictimaiyyətlə əlaqələrinin qurulması sahəsində peşəkar kadrlarının hazırlanması; 2. Yoluxucu xəstəliklər haqqında mövcud vəziyyətin öyrənilməsi və bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsi üçün təkliflərin hazırlanmas; 3. Sosial təşəbbüslərin dəstəklənməsi. Müsabiqənin ümumi fondu 80 min manatdır.

Ərizələr 13 aprel 2010-cu il tarixdən 07 may 2010-cu il tarixinədək Şuranın ofisində qəbul olunacaq.

 

Müsabiqənin nəticələri 2010-cu ilin iyunun 1-dən sonra elan olunacaq. Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir