Arxiv
21 Oktyabr 2013, 12:25 |
“Azpetrol”dan Rafiq Əliyevlə bağlı məsələyə münasibət - YENİLƏNİB

Qurban bayramı ərəfəsində dövlət başçısı İlham Əliyev tərəfindən sabiq iqtisadi inkişaf nazir Fərhad Əliyev və onun qardaşı, “Azpetrol” şirkətinin keçmiş rəhbəri Rafiq Əliyev əfv edilərək, azadlığa buraxıldılar. Bu sərəncam Əliyev qardaşlarının qapısını azadlığa açdı. Bunun ardınca Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin həbsdən əvvəl sahib olduqları bəzi biznes qurumlarının onlara geri qaytarıldığı xəbəri medianın gündəmini zəbt edib.

Bildirilir ki, Rafiq Əliyevin “Azpetrol” şirkətində olan payı da bərpa edilib. Digər yayılan xəbərlərdə dövlət əmlakını talamaqda ittiham olunmuş və buna görə cəzalarını çəkmiş Əliyev qardaşlarının yenidən vəzifəyə qaytarılacağı da iddia olunur.

Modern.az saytı bir neçə gün öncə əfv sərəncamı ilə azadlığa çıxan Rafiq Əliyevin həbsdə olduğu müddətdə “Bank of Baku”nun səhmdarlarından biri olaraq qaldığı barədə xəbər vermişdi. Onun adı bankın səhmdarları siyahısından çıxarılmayıb. Belə ki, Rafiq Əliyev “Bank of Baku”nun nizamnamə kapitalının 11,22%-nə sahibdir.  

Rafiq Əliyev qardaşı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birgə 2005-ci ildə həbs olunmuşdu. O zaman o “Azpetrol” Şirkətlər Qrupunun rəhbərliyindən kənarlaşdırılsa da, elə “Azpetrol”un da səhmdarı olan “Bank of Baku”dakı payını saxlayırmış.

Bəs Rafiq Əliyevin yenidən “Azpetrol”a qayıtması məsələsində həqiqət yükü nə qədərdir?

Modern.az saytının əməkdaşı bu suala cavab almaq üçün “Azpetrol”  LTD-nin mətbuat xidmətinin rəhbəri Camal Zeynalovla əlaqə saxlayıb. Camal Zeynalov Rafiq Əliyevin yenidən “Azpetrol”a rəhbərlik edəcəyini nə təsdiq, nə də inkar edib.
“Azpetrol” rəsmisi bu barədə heç bir söz deyə bilməyəcəyini qeyd edib.

“Bank of Baku”nun 11,22 faiz səhmi Rafiq Əliyevə məxsusdur. Bankın digər səhmdarları isə bunlardır: NAB Holding (40%), “Azpetrol” Neft Şirkəti LLC (28,89%), E.İsayev (10%) və “Azinvest” LLC (9, 98%).

***

Yazı Modern.az-da çıxandan bir neçə saat sonra, saytımızla əlaqə saxlayan “Azpetrol”  LTD-nin mətbuat xidmətinin rəhbəri Camal Zeynalov Rafiq Əliyevin "Azpetrol"a qayıtması xəbərinə aydınlıq gətirərək, bunun şayiə olduğunu vurğuladı.

 


Gültəkin ƏLƏSGƏR

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xarici jurtnalistlər Şuşaya aparılacaq  9 May 2021, 13:49 Daha 40 PKK terrorçusu zərərsizləşdirildi 9 May 2021, 13:39 Şuşada Qələbə Günü qeyd olundu - FOTOLAR 9 May 2021, 13:28 Azərbaycanda veteranlara avtomobil hədiyyə edildi 9 May 2021, 13:16 15 yaşlı məktəbli özünü asdı 9 May 2021, 13:08 Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü 9 May 2021, 12:59 Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi 9 May 2021, 12:51 Sabahın havası: evdən çətirsiz çıxmayın 9 May 2021, 12:48 Masallıda idman zalında karantin qaydalarını pozanlar cərimələndi 9 May 2021, 12:39 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 9 May 2021, 12:30 YAP-da ağacəkmə aksiyası  9 May 2021, 12:24 Azərbaycanın apreldəki “OPEC plus” hesabatı açıqlandı 9 May 2021, 12:12 Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər 9 May 2021, 12:00 Ermənistanda COVİD-19-a yoluxanların sayı yenə rekord vurdu 9 May 2021, 11:51 Hazırda nə qədər azərbaycanlı legioner yaşayır?.. 9 May 2021, 11:44 Moskvada Qələbə paradı keçirilir - Canlı 9 May 2021, 11:34 Ötən gün altı azyaşlı xilas edildi - AZƏRBAYCANDA 9 May 2021, 11:28 Gürcüstanda koronavirusa yoluxanların sayı  - RƏSMİ 9 May 2021, 11:19 Göygölə balıq körpələri buraxıldı 9 May 2021, 11:09 Anri Orimon: Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır 9 May 2021, 10:58 Nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasını qınayırıq  - XİN 9 May 2021, 10:49 Bu meyvələr şəkəri yüksək olanlar üçün çox faydalıdır 9 May 2021, 10:45 Mehriban Əliyeva veteranları təbrik etdi 9 May 2021, 10:38 DTX-dan Qələbə günü paylaşımı 9 May 2021, 10:34 “Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş etdi 9 May 2021, 10:29 Sadıq Xan yenidən Londonun meri seçildi 9 May 2021, 10:21 Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəldi 9 May 2021, 10:19 Fazil Mustafadan dindarlara: "Onlarla mübahisə edə bilməzsən" 9 May 2021, 10:08 Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi 9 May 2021, 09:59 Moskva Qələbə Paradına 190-dan çox hərbi texnika çıxaracaq 9 May 2021, 09:51 Los Ancelesdə faşizm üzərində qələbədə Azərbaycanın roluna dair film hazırlandı 9 May 2021, 09:45 İlon Mask sindromdan əziyyət çəkdiyini etiraf etdi 9 May 2021, 09:40 Çinin kosmosa göndərdiyi raket Hind okeanına düşdü 9 May 2021, 09:30 ABŞ-da atışma: 3 nəfər yaralandı 9 May 2021, 09:19 Məşhur oyunun azərbaycanlı qurucusu: “Ronaldinyonun bizimlə əməkdaşlıq edəcəyini gözləmirdik” - MÜSAHİBƏ 9 May 2021, 09:11