Modern.az

Ərdoğan ona töhmət gətirən “Kürdüstan” sözünə izahat verib

Ərdoğan ona töhmət gətirən “Kürdüstan” sözünə izahat verib

19 Noyabr 2013, 14:34

Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan AKP-nin bu keçirilən iclasında çıxış edib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, R.T. Ərdoğan Şimali İraqın Kürd Muxtariyyətinin lideri Məsud Bərzani ilə görüşündə işlətdiyi “Kürdüstan” sözünə aydınlıq gətirib. O, bildirib ki, Kürdüstan Osmanlı əyaləti olduğundan tarixə nəzər salıb və bu məqsədlə sözügedən ifadəni işlədib.

Ğrdoğan MHP və CHP-li millət vəkillərinə də səslənərək qeyd edib ki, onun “Kürdüstan” sözünü dilə gətirməsində məhz həmin tarixi fakt rol oynayır.

“MHP və CHP-dən olan millət vəkilləri gedib ilk Məclis sənədlərini oxusunlar. Bu gün onlarda qıcıq yaradan “Kürdüstan” kəlməsini həmin sənədlərdə görə bilərlər. Bir az da geriyə gedib Osmanlı tarixini araşdırsalar, bilərlər ki, Cənubi-şərq bölgəsi Kürdüstan əyaləti olub”-deyən baş nazir qeyd edib.

 

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər