Modern.az

Müdafiə naziri İşlər İdarəsinin rəisini işdən çıxartdı

Müdafiə naziri İşlər İdarəsinin rəisini işdən çıxartdı

21 Noyabr 2013, 15:30

Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Bu barədə Trend-ə Müdafiə Nazirliyindəki mənbələrdən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun noyabrın 20-də imzaladığı müvafiq əmrlə nazirliyin İşlər İdarəsinin rəisi polkovnik Baxış Ələkbərov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib. Artıq dünən Baxış Ələkbərov keçmiş iş yoldaşları ilə vidalaşaraq Müdafiə Nazirliyini tərk edib.

Verilən məlumatlara görə, həmin vəzifəyə polkovnik-leytenant Tahir Xalıqovun təyin ediləcəyi gözlənilir. Onun Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini Hikmət Xalıqovun qardaşı olduğu bildirilir.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi