Arxiv
26 Sentyabr 2009, 21:06 | ÖLKƏ
Mehmet Əli Şahin İlham Əliyevə söz verdi

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Türkiyə parlamentinin sədri Mehmet Əli Şahin Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını İlham Əliyevə çatdırıb. Avqust ayının 5-dən Türkiyə Böyük Millət Məclisinin sədri seçildiyini vurğulayan Mehmet Əli Şahin ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək birinci toplantısına toxunan qonaq parlamentlərarası münasibətlərin xalqlar arasında əlaqələrin inkişafındakı önəmini qeyd edib.
Dövlət başçısı İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri kimi Mehmet Əli Şahinin ilk xarici səfərlərindən birini Azərbaycana etməsinin önəmli olduğunu deyib. Prezident bildirib ki, dövlət başçıları tərəfindən əsası qoyulan bu ənənənin parlament rəhbərləri tərəfindən davam etdirilməsi ölkələrimiz arasında olan münasibətlərin yüksək göstəricisidir. Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakıda keçiriləcək birinci toplantısının əhəmiyyətindən danışan dövlət başçısı əlaqələrin bu formatda da uğurlu olacağını deyib. Bir neçə gündən sonra Naxçıvanda keçiriləcək türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünə toxunan Prezident İlham Əliyev bir-birinin ardınca bu cür əhəmiyyətli tədbirlərin keçirilməsini türkdilli xalqlar arasında dostluq və həmrəyliyin möhkəmlənməsi işinə xidmət edəcəyini vurğulayıb.
Mehmet Əli Şahin Türkiyə-Ermənistan münasibətlərindən danışaraq deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokollar Türkiyə Böyük Millət Məclisindən keçməyəcək.
Prezident İlham Əliyev bu mövqeyə görə təşəkkür edib.
İlham Əliyev onun salamlarını Prezident Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğan çatdırmağı xahiş edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bir şəklin tarixçəsi: İlham Əliyev Şuşada - FOTO  30 Oktyabr 2020, 09:25 Daha bir beynəlxalq təşkilat Ermənistanın Bərdəyə qadağan olunmuş kasetli raketlər atdığını təsdiqlədi 30 Oktyabr 2020, 09:12 Torpağı işğaldan azad edilənlərin köçkün statusu nə zaman ləğv ediləcək? - Qanun belə deyir... 30 Oktyabr 2020, 09:06 Dünyada koronavirusa yoluxanların sayı 45 milyonu ötdü 30 Oktyabr 2020, 09:00 “Ermənilər mülki əhalini vurmaqda iki məqsəd güdürlər” - Psixoloq 30 Oktyabr 2020, 08:55 Hərbçilərimiz MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək 30 Oktyabr 2020, 08:46 Rusiyada yaşayan yarasalarda koronavirus aşkarlandı 30 Oktyabr 2020, 08:38 Ermənistan 4 rayonumuzu artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 30 Oktyabr 2020, 08:30 Düşmənin bu gecə məhv edilən texnikaların SİYAHISI 30 Oktyabr 2020, 08:20 Bu gecə döyüş əməliyyatları cəbhənin üç rayonunda davam edib - SON VƏZİYYƏT 30 Oktyabr 2020, 08:12 İstanbulda teleqüllə iki qardaş ölkənin bayraqlarının rəngində işıqlandırılıb 30 Oktyabr 2020, 07:26 Cəbhə gündəliyi: 29 oktyabrda nələr oldu... 30 Oktyabr 2020, 04:00 Qurban Qurbanovdan Rusiya TV-sinə: “Başlarına dəysin” 30 Oktyabr 2020, 01:01 Yaşayış məntəqələrinə atılan raketlər zərərsizləşdirildi 30 Oktyabr 2020, 00:44 ““Qarabağ”ın oyunu adama xoş gəlir” - Unay Emeri 30 Oktyabr 2020, 00:31 Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrə görüşünün detallarını açıqladı 30 Oktyabr 2020, 00:22 Bərdədə raket zərbələri yaşayış evlərinə endirilib - Xarici jurnalist - VİDEO 30 Oktyabr 2020, 00:10 Teledərslərin sabaha olan CƏDVƏLİ 29 Oktyabr 2020, 23:55 “Qarabağ” İstanbuldan xalsız qayıdır - YENİLƏNİB 29 Oktyabr 2020, 23:49 “Jonson&Jonson” Qarabağdakı terrorçu rejimi maliyyələşdirir? - FOTO 29 Oktyabr 2020, 23:28 Bakı Olimpiya Stadionu da Türkiyə bayrağına “büründü” - FOTO 29 Oktyabr 2020, 23:11 Cavabdeh şəxslər ədalət məhkəməsi qarşısında cavab verməlidir - Nazirlər 29 Oktyabr 2020, 22:56 “VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi 29 Oktyabr 2020, 22:52 Türkiyədə koronavirusa yoluxanların sayı artır 29 Oktyabr 2020, 22:41 XİN-dən açıqlama: “...Rusiya Müdafiə Nazirliyi müstəsna rol oynayıb” 29 Oktyabr 2020, 22:28 Düşmən qüvvələri məhv edildi - VİDEO 29 Oktyabr 2020, 22:12 “Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - ermənilər təşvişə düşdü 29 Oktyabr 2020, 22:04 Yenidən distant təhsilə qayıdırıq - Baş Nazirdən QƏRAR 29 Oktyabr 2020, 21:53 “Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34