Modern.az

Olimpiada atəşini Putinin sevgilisi yandıracaq

Olimpiada atəşini Putinin sevgilisi yandıracaq

7 Fevral 2014, 15:17

Bu gün Rusiyada təşkil olunan Qış Olimpiya oyunları başlayır. Modern. az saytı xarici KİV-ə istinadən xəbər verir ki, olimpiada üçün görkəmli bir açılış mərasimi üçün hər şey hazırdır. Olimpiya atəşini isə Rusiya prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayevanın yandıracağı iddia edilir.

Alina Kabayeva 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında gimnastika yarışlarında qızıl medal qazanıb.

Keçən il həyat yoldaşı Lyudmila Putinadan boşanan Putinin  Alina Kabayeva ilə ortaq uşaqları olduğu da iddia edilir.

Alina Kabayevanın olimpiada atəşini yandıracağı iddiaları ilə əlaqədar danışan Putin “Bu fərziyyədən xəbərim var. Kremlin mətbuat katibi Dmitri Peskov məni məlumatlandırdı. Bunlar məlum dedi-qodulardır", - deyib.

Olimpiada atəşini özünün yandırmayacağını söyləyən Rusiya dövlət başçısı Vladimir Putin "Bizim dünya səviyyəsində tanınan çox yaxşı idmançılarımız var. Onun üçün bu işə mən qarışmayacağam, - deyib.

Bu gün Bakı vaxtilə saat 20.14-də Soçidə “Fişt” stadionunda XXII Qış Olimpiya oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Stadionun tribunalarında 40 min tamaşaçının olacağı gözlənilir, televiziya yayımını isə 3 milyarddan çox tamaşaçı izləyə biləcək. Azərbaycanın İctimai Televiziyası Olimpiadanı canlı yayımlayaacaq...

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı