Arxiv
18 Aprel 2014, 14:18 | TƏHSİL
Səlim Müslümov işəgötürənlərin yalanından danışıb


Aprelin 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının məsul şəxslərinin  iştirakı ilə respublikada işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi və aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son on ildə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yerinin yaradılmasının əmək bazarında sabitliyə səbəb olduğunu, işsizliyin 5 faizə endiyini qeyd edib:  

“Son 10 ildə 3,2 dəfə artan Azərbaycan iqtisadiyyatının inkişafı cari ilin ilk rübündə də davam edib. Bu dövrdə ümumdaxili məhsul 2,5 faiz, respublikanın əsas iqtisadi tərəqqi göstəricilərindən biri kimi, qeyri-neft sektoru 8,8 faiz artıb, 29 minə yaxın yeni iş yeri yaradılıb, ümumilikdə regionlarda 100-ə yaxın yeni müəssisə fəaliyyətə başlayıb. Həmçinin ölkə üzrə orta aylıq əmək haqqı mütəmadi yüksələrək 430 manata çatıb, əhalinin pul gəlirləri 4,5 faiz artıb. Bu tərəqqi prosesləri nəticə etibarilə əhalinin məşğulluq imkanlarının artmasına da səbəb olur”.

Belə bir şəraitin dövlət məşğulluq strategiyasının icrası, məşğulluq orqanlarının səmərəli fəaliyyəti üçün də mühüm stimul olduğunu qeyd edən S.Müslümov bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2014-cü ilin yanvar-mart aylarında 6191 nəfər vətəndaş münasib işlərlə təmin olunub, 268 nəfər haqqı ödənilən  ictimai işlərə cəlb olunub. Xidmətin tabeliyindəki Əmək Birjaları 879 nəfəri müvəqqəti xarakterli işlərlə təmin edib. Həmçinin bu müddətdə 651 nəfər işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə 1422 nəfərə işsiz statusu verilib, 1603 nəfərə isə işsizlik müavinəti təyin olunub.

Nazir gənclərin düzgün ixtisas seçimi aparmalarına köməklik məqsədilə həyata keçirilən peşəyönümü tədbirlərindən də söz açaraq bildirib ki, qeyd olunan müddətdə əksəriyyəti yuxarı sinif şagirdləri olan 26 604 nəfər vətəndaşa peşəyönümü məsləhətləri verilib. Digər tərəfdən, respublikanın 32 rayon və şəhərindəki orta məktəblərdə, habelə Bakı şəhərindəki 33 orta məktəbdə valideynlərin, pedaqoji kadrların və yuxarı sinif şagirdlərinin iştirakı ilə peşəyönümü tədbirləri keçrilib:
“Diqqətdə saxlanan məsələlərdən biri də valideyn himayəsindən məhrum olmuş və xüsusi internat məktəblərini tərk etməyə hazırlaşan gənclərin gələcək peşə-ixtisas seçiminə, əmək fəaliyyətinə başlamasına köməklik göstərilməsidir. Bununla bağlı olaraq, həmin insanlarla özündə sosial-adaptasiya elementlərini də birləşdirən peşəyönümü işləri aparılır”.

Tələbə və məzunların əmək bazarına inteqrasiyası sahəsində görülən işlərdən də söz açan nazir gənclərin məşğulluğuna yönələn tədbirlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb:  “Dünyanın bir çox ölkələrində işsizlik getdikcə ciddi sosial böhrana çevrildiyi halda, Azərbaycanda işsizlik kəskin surətdə azalıb. İndi bizim üçün əsas vəzifələrdən biri gənc işçi qüvvəsinin əmək bazarına çıxışının daha dolğun şəkildə dəstəklənməsini təmin etməkdir”.

S. Müslümov mövcud işçi qüvvəsinin  daim inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün peşə hazırlığı işlərinin gücləndirilməsinin, qadınların məşğulluğunun təminatına diqqətin artırılmasının vacibliyini qeyd edib:  “Əlillik təyin olunmuş şəxslərin əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata alınması praktikasına artıq son  qoyulub. İndi əsas məqsədimiz həmin şəxslərə işlə təmin olunmalarında fəal yardım göstərməkdir. Hesab edirəm ki, biz bu sahədə aktiv tədbirlərimizi xeyli gücləndirməliyik”.
Nazir  işəgötürənlər tərəfindən boş iş yerləri (vakansiyalar), işə qəbul edilən və işdən çıxarılanlara dair məşğulluq mərkəzlərinə statistik hesabat formalarının təqdim olunmasının bir çox hallarda formal xarakter daşıdığını, bu hesabatların verilməsinin əksər hallarda gecikdirildiyini vurğulayıb:
“Təqdim olunan vakansiyaların keyfiyyəti də diqqətdə saxlanmalıdır.  Lakin sirr deyil ki, bu vakansiyaların bir çoxunda qeyd olunan əmək haqqı əmək bazarındakı reallığı əks etdirmir və xeyli aşağı olur”.
Hazırda nazirlik yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarında ümumilikdə 407 nəfərin çalışdığını qeyd edən nazir bu rəqəmin digər ölkələrlə müqayisədə xeyli aşağı olduğunu, işçi sayının əhalinin say tərkibi ilə nisbətdə aşağı, xeyli az olmasının səmərəli aktiv məşğulluq tədbirlərinin təşkilində müəyyən çətinliklər yaratdığını da qeyd edib.

Müşavirədə məşğulluq xidməti orqanları tərəfindən aparılan işlər və məşğulluğun təminatı sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

S.Müslümov əmək bazarının öyrənilməsi və proqnozlaşdırılması işinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq şəraitində əmək bazarının düzgün təhlili üçün müvafiq monitorinqlərin aparılması aktiv məşğulluq tədbirlərinin daha səmərəli təşkili, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üçün əlavə tədbirlərin hazırlanaraq həyata keçirilməsi və s. barədə tapşırıqlar verib.  Eyni zamanda, aidiyyatı struktur bölmələrinin rəhbərlərinə məşğulluq xidməti sistemində çalışanların sayının və peşəkarlıq səviyyəsinin artırılması,  məşğulluq haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Livana NOTA VERİB 25 Yanvar 2021, 14:56 Azərbaycan xalqına qarşı müharibə cinayəti törədənlər AXTARIŞA VERİLİB 25 Yanvar 2021, 14:45 Koçaryan siyasətə qayıdır - Baş nazir olmaq İSTƏYİR 25 Yanvar 2021, 14:42 Komitə sədri gördüyü işlərdən danışdı 25 Yanvar 2021, 14:38 Azərbaycan və Türkiyə “feyk-nyus”larla birgə mübarizə aparacaq 25 Yanvar 2021, 14:33 “Ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməli qoyulacaq” 25 Yanvar 2021, 14:28 “Sizin təklifinizə uyğun olaraq, 6 ölkəni ziyarət edəcəyəm” -  Cavad Zərif 25 Yanvar 2021, 14:22 “AzerGold” ölkə iqtisadiyyatına 187 milyon manat vəsait cəlb edib 25 Yanvar 2021, 14:16 Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI 25 Yanvar 2021, 14:10 Bakıda evdən 2 600 manatlıq oğurluq edildi 25 Yanvar 2021, 14:04 Baş həkim bu əməllərinə görə həbs edilib 25 Yanvar 2021, 13:58 İrfan Sapmaz illər sonra xəbər müxbirliyinə QAYITDI 25 Yanvar 2021, 13:54 Milli Məclisin komitəsi Qarabağda İCLAS KEÇİRƏCƏK 25 Yanvar 2021, 13:50 Ermənistan diaspor dayağını necə itirib? 25 Yanvar 2021, 13:47 Azərbaycanda 281 vəzifəli şəxsin işi məhkəmələrə göndərilib 25 Yanvar 2021, 13:43 Nazirlikdən sahibkarın meşələri məhv etməsi xəbərinə REAKSİYA 25 Yanvar 2021, 13:38 44 günlük Vətən savaşından bəhs edən “Müzəffər Ali Baş Komandan” kitabı çap edilib 25 Yanvar 2021, 13:32 Birdəfəlik əkin subsidiyası torpaq kateqoriyasına görə veriləcək 25 Yanvar 2021, 13:27 Məhkumlar arasında koronavirusdan ölən olub? - Rəsmi cavab 25 Yanvar 2021, 13:22 Ədliyyə Nazirliyində 62 siyasi partiya qeydiyyatdan keçib 25 Yanvar 2021, 13:16 Tarixçi alim: “Hacı Zeynalabdin Tağıyevin doğum tarixi bilinmir” 25 Yanvar 2021, 13:12 Ermənilər Qarabağda 7 min fərdi ev TİKƏCƏK 25 Yanvar 2021, 13:06 Azərbaycanda bir ildə qeydə alınan məhkumların SAYI 25 Yanvar 2021, 13:03 Sabahın hava PROQNOZU 25 Yanvar 2021, 13:00 “Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib” - Baş prokuror 25 Yanvar 2021, 12:57 Tərkibində qadın olan oğru dəstə saxlanıldı - FOTO 25 Yanvar 2021, 12:54 Vüqar Səfərlinin məhkəməsi təxirə salındı 25 Yanvar 2021, 12:50 Xəstələrə göndəriş vərəqəsinin verilməsi qaydası TƏSDİQLƏNDİ 25 Yanvar 2021, 12:45 Minsk Qrupu regiona yeni səfərə HAZIRLAŞIR 25 Yanvar 2021, 12:41 Azərbaycanda boşanma ərizəsi verən 288 ər-arvad fikrini DƏYİŞDİ 25 Yanvar 2021, 12:40 Nardaranda silahlı şəxs tutuldu - FOTO+VİDEO 25 Yanvar 2021, 12:36 Azərbaycan və İran xarici işlər nazirləri GÖRÜŞDÜLƏR 25 Yanvar 2021, 12:33 Rektor imtahan ərəfəsində tələbələrlə görüşdü 25 Yanvar 2021, 12:30 Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçünü AXTARIR 25 Yanvar 2021, 12:28 “Zülmətdən gələn işıq”   25 Yanvar 2021, 12:24