Modern.az

BAMF nümayəndələri "525-ci qəzet"də, Modern.az və Axar.az saytlarında olublar (fotolar)

BAMF nümayəndələri "525-ci qəzet"də, Modern.az və Axar.az saytlarında olublar (fotolar)

7 İyul 2010, 18:23

Beynəlxalq Avrasiya Mətbuat Fondu yeni layihəyə başlayıb. Layihənin məqsədi Azərbaycanın aparıcı KİV-lərindəki real vəziyyətlə yerində tanış olmaq, jurnalistlərin xarici dil bacarıqlarını aşkara çıxarmaq üçün sorğular keçirməkdir. Yekunda təkcə aparıcı KİV-lərdə deyil, eyni zamanda ali təhsil ocaqlarının jurnalistika fakültələrində xarici dil bilən şəxslər müəyyənləşdiriləcək və onlara dil qabiliyyətlərini təkmilləşdirmək, eyni zamanda xarici mətbuata çıxış əldə etmək işində yardım göstəriləcək.

Layihə çərçivəsində fondun əməkdaşları Laura Cəbrayıllı və Rey Kərimoğlu iyulun 7-də “525-ci qəzet”, Modern.az və Axar.az saytlarının redaksiyalarında olublar.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə görüşdə onlar əsasən qəzet və ümumilikdə çap mediasının problemlərini müzakirə ediblər. R.Məcid BAMF-ın yeni başladığı bu layihənin milli mətbuatımızın inkişafı baxımından çox əhəmiyyətli olduğunu deyib.

BAMF nümayəndələri sonra Modern.az və Axar.az saytlarının redaksiyasında olublar.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı və redaktoru Əfqan Qafarlı ilə görüşdə onlar əsasən internet mediasının problemləri, redaksiyanın iş şəraiti ilə, redaksiyada xarici dil bilən jurnalistlərlə maraqlanıblar. Sayt əməkdaşları ilə görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşları çağdaş mediamızın hazırkı vəziyyətini müzakirə ediblər.

BAMF nümayəndləri Axar.az saytının da iş şəraiti ilə yaxından tanış olub, layihənin məqsədləri barədə əməkdaşlarla söhbət aparıblar.

 

 

 

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir