Modern.az

Jurnalistlər Hadi Rəcəbli ilə görüşəcəklər

Jurnalistlər Hadi Rəcəbli ilə görüşəcəklər

16 İyul 2010, 11:15

Modern.az saytı xəbər verir ki, bu gün Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə görüşəcəklər. Birliyin rəhbəri Elşad Eyvazlı bildirib ki, bundan öncə eyni məzmunlu görüşü parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovla keçiriblər. O qeyd edib ki, hər həftənin cümə baş tutan bu cür görüşlərdə jurnalistlər bir komitə rəhbəri ilə açıq şəkildə diskussiya aparırlar: “Burada məqsəd üçüncü çağırış Milli Məclisin beş illik fəaliyyətinə komitə rəhbərinin münasibətini öyrənmək, komitənin gördüyü işlər, hazırladığı sənədlər barədə geniş məlumat əldə etmək, digər məsələlər barədə geniş diskusiya aparmaq, jurnalistləri maraqlandıran suallara cavab almaqdır. Nəzərdə tutmuşuq ki, parlament seşkilərinə bütün komitə rəhbərləri ilə görüşləri başa çatdıraq”. 

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir