Modern.az

Azərbaycanda Afrikadan gəlmiş 52 tələbə təhsil alır - Təhsil Nazirliyi

Azərbaycanda Afrikadan gəlmiş 52 tələbə təhsil alır - Təhsil Nazirliyi

Təhsil

4 Sentyabr 2014, 13:26

“2013-2014-cü tədris ilində Azərbaycan ali təhsil müəssisələrində 4992 nəfər əcnəbi tələbə təhsil alıb”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirblər:

“Ölkəmizdə təhsil almaq üçün müraciət edən əcnəbilər daha çox tibb, mühəndislik, turizm, iqtisadiyyat kimi sahələrə üstünlük verirlər. Təhsil səviyyəsinə gəldikdə, əcnəbi vətəndaşlar daha çox bakalavriat səviyyəsi üzrə təhsil almaq üçün müraciət edirlər”.

Nazirlik Afrika ölkələrindən Azərbaycana gələn tələbələrin sayını da açıqlayıb:

“Azərbaycan ali təhsil müəssisələrində 2013-2014-cü tədris ilində Afrikanın müxtəlif ölkələrindən 52 nəfər tələbə təhsil alıb. Onlardan 29 nəfəri Nigeriya vətəndaşı olub. Həmin 52 nəfərin yarısının bu il məzun olaraq öz vətənlərinə qayıdacağı gözlənilir. Afrika ölkələrindən olan tələbələrin əksəriyyəti Bakı Dövlət Universitetində (11 nəfər), Naxçıvan Dövlət Universitetində (8 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetində (7 nəfər), Azərbaycan Diplomatik Akademiyası ("ADA") Universitetində (7 nəfər) təhsil alıblar”.

Qeyd edək ki, hazırda Afrika ölkələrində dövlət xətti və dövlət proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələr yoxdur.

Rüfanə GÜNƏŞ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!