Arxiv
3 Noyabr 2014, 11:08 | TƏHSİL
Milli Qəhrəman Koroğlu Rəhimov ad günündə yad edilib

Oktyabrın 31-də Milli Qəhrəman Koroğlu Rəhimovun ad günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, döyüşçü dostları, yazarlar, QHT təmsilçiləri və gənclər iştirak ediblər. Öncə tədbir iştirakçıları şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” film studiyasının çəkdiyi “Vətənim Mənim” sənədli filmi nümayiş etdirilib. Tədbirdə Milli Qəhrəmanın qardaşı İsa Rəhimov, “Əbədiyyətə qovuşan Koroğlu” kitabının müəllifi Oqtay Əliyev, Koroğlu Rəhimovun bölüyündə döyüşmüş Şahin Zəkiyev, şairə-publisist Nəsibə İsrafilqızı, Milli Qəhrəman Rövşən Əliyevin bacısı Fəranə xanım çıxış edib, Koroğlu Rəşimov kimi Milli Qəhrəmanların ömür yolu və qəhrəmanlıqlarının gənclər üçün örnək olduğunu vurğulayıblar.

Daha sonra Milli Qəhrəmanın oğlu Rəşad Rəhimov çıxış edib. Atası haqqında xatirələrini danışan Rəhad Rəhimov tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Koroğlu Rəhimov 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Ailəsi 1961-ci ildə dədə-baba yurdları olan Zəngibasar mahlının Sarcalar kəndinə köçüb. 1969-cu ildə orta məktəbi bitirib, Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra ali əhsilini tamamlayıb.1979-cu ildə ailə həyatı qurub, Rəşad, Sami rvə Ülviyyə adlı övladları dünyaya göz açıb. Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il martın 17-də Milli Ordu sıralarına yazılıb, 1992-ci il aprelin 30-da "N" saylı bölüyə komandir təyin edilib. Bu bölük 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəc kəndlərinin azad edilməsində xüsusi rol oynayıb. Koroğlu Rəhimov şəxsən bu döyüşlərdə dörd erməni faşisti məhv edib. Koroğlu Rəhimov Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib, 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilib və bu küçədə onun büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li körpələr evi-uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.



Modern.az
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərenerji”nin işçisi bədbəxt hadisənin qurbanı oldu 18 Sentyabr 2020, 20:18 Ceyhun Bayramov Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışdı 18 Sentyabr 2020, 20:04 DTX rəhbərliyi yüksək bal toplayan kursantlarla görüşdü 18 Sentyabr 2020, 19:34 Bakı metrosu yenidən bağlanır   18 Sentyabr 2020, 19:25 Məhkəmələrə ayrılan xidməti avtomobillərin sayı artırıldı - QƏRAR 18 Sentyabr 2020, 19:16 Bu il bir milyondan çox ağac əkiləcək 18 Sentyabr 2020, 19:07 “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olundu 18 Sentyabr 2020, 18:59 Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN 18 Sentyabr 2020, 18:50 Qaçqınlara BMT qarşısında çadır şəhərciyi salınır 18 Sentyabr 2020, 18:41 Səyyar “ASAN xidmət” davam edir 18 Sentyabr 2020, 18:33 Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı 18 Sentyabr 2020, 18:24 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar 18 Sentyabr 2020, 18:15 XIX əsrin bəxş etdiyi 40 nəhəng 18 Sentyabr 2020, 18:06 Rezidenturaya qəbul imtahanı başa çatdı 18 Sentyabr 2020, 18:02 Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırıldı 18 Sentyabr 2020, 17:56 Elman Paşayev vəkillik statusundan məhrum edildi 18 Sentyabr 2020, 17:50 YAP-çı deputatdan Tofiq Yaqublunun buraxılmasına REAKSİYA 18 Sentyabr 2020, 17:44 Qayınata və qayınananı öldürən kürəkən tutuldu 18 Sentyabr 2020, 17:41 Siyavuş Novruzov iclas keçirdi 18 Sentyabr 2020, 17:35 Dolların bu həftəyə olan məzənnəsi 18 Sentyabr 2020, 17:30 Nazir əmr verdi: Qızıl və gümüş medal alanların sayı... 18 Sentyabr 2020, 17:24 Tofiq Yaqublu aclıq aksiyasını dayandırdı - FOTO 18 Sentyabr 2020, 17:18 4 ay sonra sərt karantin rejimi qaytarıldı – İsraildə 18 Sentyabr 2020, 17:18 Məktəbəhazırlıqda qeydiyyatdan keçən uşaqların sayı açıqlandı 18 Sentyabr 2020, 17:16 Meşələrin qırılması ən çox bu rayonlardadır - SİYAHI 18 Sentyabr 2020, 17:10 Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA 18 Sentyabr 2020, 17:05 Tramp Assancın əfv olunması üçün şərt İRƏLİ SÜRDÜ 18 Sentyabr 2020, 17:00 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı azaldı 18 Sentyabr 2020, 16:54 Meşələrin qorunması polisə həvalə olunur? - Nazirlikdən cavab 18 Sentyabr 2020, 16:48 Azərbaycanda 21 meşəbəyi işdən çıxarılıb 18 Sentyabr 2020, 16:42 “Yüksəliş” müsabiqəsi vebinar təşkil edib  18 Sentyabr 2020, 16:37 Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib 18 Sentyabr 2020, 16:32 Naftalanda yenilik - parklarda alternativ enerjidən istifadə olunacaq 18 Sentyabr 2020, 16:27 Siyavuş Novruzov Milli Məclisdə hesabat verdi 18 Sentyabr 2020, 16:22 Tofiq Yaqublu ev dustaqlığına buraxıldı 18 Sentyabr 2020, 16:20