Arxiv
25 Avqust 2010, 23:04 | MEDİA
Jurnalistlərə tikiləcək ev dəniz kənarında olacaq

Bu ilin iyul ayında Milli Mətbuatın 135 illiyi münasibətilə prezident İlham Əliyev özünün ehtiyat fondundan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılmasını nəzərdə tutan sərəncam imzalayıb. Elə həmin vaxtdan da bu vəsaitə neçə mənzil tikmək və nə qədər jurnalisti evlə təmin etməyin mümkünlüyü barədə müzakirələr gedir, araşdırmalar aparılır. Fondun icraçı direktoru Vüqar Səfərli mətbuata açıqlamasında bu məqsəd üçün hər mərtəbədə 4-5 mənzil olmaqla bir 16 mərtəbəli binanın inşa ediləcəyi bildirib. Bəzi qurumlar isə bildirlər ki, ayrılan vəsaitlə daha çox mənzil inşa etmək olar. Məsələn, “Əmlak bazarı iştirakçıları” İctimai Birliyi kimi.

Vüqar Səfərli isə “Azadlıq” radiosuna deyib ki, indidən məslə barədə mətbuatda tələsik fikir yürüdülməsindən narazıdır. Deyir ki, artıq tikiləcək bina üçün torpaq ayrılıb. Özü də pulsuz. İndi onun sənədləşdirilməsi işi gedir. Sonra müəyyənləşdiriləcək ki, ayrılan vəsaitə orada neçə kvatratmetrlik bina tikmək olar. Bundan sonra tender elan olunacaq: «Hər bir iş getdikcə şəffaf şəkildə mətbuatda bu barədə məlumat veriləcək. Hər bir köpüyün nəyə işlənməsi barədə hesabat veriləcək. O deyilən şirkətlər buyursunlar gəlsinlər həmin tenderdə iştirak etsinlər. İnandırsınlar ki, imkanları var və bu qiymətə tikə bilərlər binanı. Əlbəttə, biz də istəyərik ki, ucuz və keyfiyyətli olsun. Bu iş şəxsən prezidentin nəzarətindədir və gözəl bir bina olacaq. Dənizin kənarında, gözəl bir yerdədir. Və mənzillər təmir olunmuş halda jurnalistlərə təhvil veriləcək». Bəs mənzillərin jurnalistlər arasında bölünməsi hansı qayda ilə həyata keçiriləcək? Vüqar Səfərli deyir ki, hələlik bu bölgünü aparmağın kriteriyaları müəyyənləşməyib. Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir 27 Fevral 2021, 14:02 Yunanıstanda Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib 27 Fevral 2021, 13:58 “Israel Hayom” qəzeti: Azərbaycanlılar ermənilərin törətdiyi qırğını heç vaxt unutmayacaq 27 Fevral 2021, 13:54 Avropanın müxtəlif məscidlərində Xocalı qurbanlarının xatirəsinə dualar oxunub 27 Fevral 2021, 13:51 Gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya kanalının Ağdamdan REPROTAJI 27 Fevral 2021, 13:39 "Euronews" Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb – VİDEO 27 Fevral 2021, 13:34 Əfv komissiyasının iclası: 100-dən çox müraciətə baxıldı 27 Fevral 2021, 13:31 Prezident ona fərdi təqaüdü verəcək 27 Fevral 2021, 13:25 Əli Əsədov sərəncam İMZALADI 27 Fevral 2021, 13:19 Xarici jurnalistlər Füzulidə minatəmizləmə işləri ilə tanış oldu - VİDEO 27 Fevral 2021, 13:10 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib 27 Fevral 2021, 13:06 Xarici jurnalistlər Füzuli və Cəbrayıldakı erməni vəhşiliyin öz gözləri ilə gördü 27 Fevral 2021, 12:53 Türkiyədə məktəblər bu tarixdə açılır 27 Fevral 2021, 12:46 Floridada Xocalı qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb 27 Fevral 2021, 12:37 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub 27 Fevral 2021, 12:29 Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı 27 Fevral 2021, 12:21 Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilib 27 Fevral 2021, 12:14 Bazar günü 16 dərəcəyədək isti olacaq 27 Fevral 2021, 12:03 Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI 27 Fevral 2021, 11:53 Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb 27 Fevral 2021, 11:39 Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır – Mehr agentliyi 27 Fevral 2021, 11:37 Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ 27 Fevral 2021, 11:16 Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır   27 Fevral 2021, 11:01 Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb 27 Fevral 2021, 10:53 Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 27 Fevral 2021, 10:42 Bu il şəhid ailələrinə və müharibə əlillərinə nə qədər ev veriləcək? - AÇIQLAMA 27 Fevral 2021, 10:33 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 27 Fevral 2021, 10:17 Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq 27 Fevral 2021, 10:01 Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH 27 Fevral 2021, 09:54 ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib 27 Fevral 2021, 09:38 İTBAŞI (17-ci bölüm) 27 Fevral 2021, 09:37 Cəsur döyüşçülər: “Əsir götürdüyümüz erməni deyirdi ki, “Azərbaycan əsgərini belə bilmirdik”” - FOTOLAR 27 Fevral 2021, 09:28 Səudiyyə vəliəhdi jurnalistin qətlinə göstəriş verib – ABŞ kəşfiyyatı 27 Fevral 2021, 09:22 Təyyarə qəzası: 3 ölü 27 Fevral 2021, 09:07 İsveçrə sakini lotereyada 210 milyon avro qazandı 27 Fevral 2021, 08:58