Modern.az

Magistratura imtahanında ən yüksək bal toplamış iki qrup yoldaşı DANIŞDI: “İstəyimizə nail olduq”

Magistratura imtahanında ən yüksək bal toplamış iki qrup yoldaşı DANIŞDI: “İstəyimizə nail olduq”

Aktual

1 May 2015, 12:34


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına aprelin 26-da keçirdiyi qəbul imtahanının ikinci mərhələsinin nəticələrinə əsasən, iki bakalavr yüksək nəticə göstərərk, 144 bal toplayıb. Onların hər ikisi Dövlət İdarəçilik Akademiyasını bitirmiş bakalavrlardır.

Modern.az saytı 144 bal toplayan Vasif Babayev və İsmayıl Nəcəfquluzadə ilə əlaqə saxlayıb.

Vasif Babayev imtahanda yüksək bal toplayacağına əvvəlcədən arxayın olduğunu deyib: “Keçən ilin oktyabr ayından başlayaraq həm birinci, həm də ikinci mərhələ üçün kurs səviyyəsində hazırlaşmışam. Şükür, istəyimə nail oldum. İxtisas seçimi mayın 7-si və 12-si arası olacaq. Ondan sonra hansı universitetə qəbul olunacağım bilinəcək. İxtisasımı artıq müəyyənləşdirmişəm. Amma hələlik açıqlamaq istəmirəm”.

Vasif Babayev 2011-ci ildə keçirilən qəbul imtahanında 644 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına daxil olub.

144 bal toplamış digər bakalavr İsmayıl Nəcəfquluzadə:

“Əslində imtahanda daha çox bal toplamaq istəyirdim. Sadəcə, ikinci mərhələ bir az çətin oldu. Birinci mərhələyə təxminən 4-5 aya, ikinci mərhələyə isə cəmi 1 aya hazırlaşmışdım. Hazırlaşmaq üçün Vasiflə birgə kursa getmişik.

Qafqaz Universitetinin Master of Business Administration üzrə maliyyə ixtisasını seçmək fikrim var. Amma indidən nə olacağını deyə bilmərəm”

İsmayıl Nəcəfquluzadə 2011-ci ildə keçirilən qəbul imtahanında 672 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.

Vasif Babayev və İsmayıl Nəcəfquluzadə qrup yoldaşıdır.

Sevinc Yasinqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı