Modern.az

Ançelotti iki oyunluq cəzalandırıldı

Ançelotti iki oyunluq cəzalandırıldı

13 May 2015, 20:45


“Real” futbol klubunun baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatında 2 oyunluq diskvalifikasiya edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, italiyalı mütəxəssis “Valensiya” (hesab 2:2 olub) oyunda baş hakim Karlos Klos Qomesə qarşı kobud davranışı üçün cəzalandırılıb.

Qomes oyundan sonrakı protokolda yazıb: “Oyundan sonra ev sahibi komandasının baş məşqçisi Karlo Ançelotti mənə yaxınlaşmaq üçün 30 metr məsafə qət edərək idarəçilyimlə bağlı narazılığını bildirmək istəyib. O, bunu tribunanın altında mənim assistentimə qarşı da etməyə çalışıb”.

Beləliklə, Ançelotti çempionatın son iki oyununda – “Espanyol” və “Xetafe” ilə görüşdə komandasına rəhbərlik edə bilməyəcək.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir