Modern.az

Fəzail Ağamalı özünün seçki şüarını elan etdi

Fəzail Ağamalı özünün seçki şüarını elan etdi

15 Oktyabr 2010, 12:10

60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Fəzail Ağamalı təbliğat-təşviqat kampaniyasına başlayıb.

F.Ağamalı seçkilərə “Vahid, Qüdrətli Azərbaycan Naminə Fəzail Ağamaliya səs verin!” şüarı ilə qatılıb. Deputatlığa namizəd seçicilərə müraciət edib:

Əziz Salyanlılar və Neftçalalılar!

Dəyərli seçicilər!

Gününüz aydın, işləriniz avand olsun. 2005-ci il Parlament seçkilərində mən mənsub olduğum siyasi koman­danın tövsiyyəsilə namizədliyimi Sizin yaşadığınız ərazidən irəli sürdüm. Sizlərlə çox saylı görüşlər keçirdim. Bu canlı görüşlərdə Kim olduğumu Sizə təqdim etdim, Sizin düşüncələrinizlə, yaşayış durumunuzla, üz-üzə da­yan­dığınız gündəlik məişət qayğılarınızla, sosial prob­lem­­lərlə bağlı arzu və təkliflərinizlə yaxından tanış ola bildim. Çox səmimi ünsiyyətimiz və münasibətlərimiz yarandı və Siz mənə etimad göstərərək Millət vəkili seçkilmək imkanı verdiniz. Bu inama və etimada görə Sizlərə bir daha dərin təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Və güman edirəm ki, tərcümeyi-halımı təkrarlamağa ehtiyac yoxdur. Ötən 5 il ərzində deputat seçildiyim Salyan və Neftçala rayonunun sakinlərinin müraciətlərinə diqqətlə yanaşdım, gücüm və imkanım daxilində bu problemlərin həllinə çalışdım, çoxlarını həll etdim, bəzilərini isə məndən asılı olmayan səbəblərə görə həll edə bilmədim. Regionda, ayrı-ayrı kəndlərdə məktəb, səhiyyə, rabitə ilə bağlı yeni binaların tikintisi, təmiri, yolların tikintisi və bərpası, telekomunikasiya sisteminin yeniləşməsi, kənd­lər­də təmizləyici su qurğularının yaradılması təşəbbüsülə çıxış etdim və onların həyata keçirilməsi prosesində fəal iştirak etdim və s. və i. Əziz seçicilər!

Bütün bunlarla bərabər, hələ Salyan və Neftçala rayonlarında görüləcək işlər çoxdur. Bu ilk növbədə yeni məktəb binalarının və səhiyyə ocaqlarının tikintisi və onların müasir avadanlıqlarla təchizinin başa çatdırılması, yolların tamamilə yenidən çəkilişi, hər iki rayondakı yaşayış məntəqələrinin qazlaşdırılması işinin tamam­lan­ma­sı­dı. Bütün Azərbaycan üçün səciyyəvi olan bu və buna bənzər problemlər ölkə prezidenti, cənab İlham Əliyevin imzalamış olduğu proqramlarda, ayrı-ayrı sərəncamlarda öz əksini tapmışdır və onlar uğurla aradan qaldırılmaqdadır. Əgər Siz mənə  yenidən etimad göstərsəniz ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında həm regionun problemlərinin həllində, həm də söykəndiyim siyasi kursun daha ciddi və önəmli nəticələr verməsi uğrunda aparılan mübarizədə fəal iştirak edəcəyəm. Buna tam əmin ola bilərsiniz. 2010-cu ilin may ayında Kürün daşması Salyan Və Neftçala rayonlarında da ciddi problemlər yaratdı. Sizin deputatınız kimi, mayın 5-dən başlayaraq son ana, təhlükə sovuşana qədər qarşılaşdığınız çətinliklərin aradan qaldırıl­ma­sında Sizlərlə bərabər oldum. Dəyərli seçicilər! Dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyü­mü­zün bərpa olunması və Ermənistanın təcavüzünə son qoyulması üçün beynəlxalq tribunalardan və Milli Məclisin mənə verdiyi bütün imkan və səlahiyyətlərdən istifadə etmişəm. Ümidvaram ki, Siz mənim Vətənimizin ərazi bütövlüyü və erməni təcavüzünə qarşı barışmaz və prinsipial mövqeyimi telekanallardan və mətbuatdan izləyə bilmisiniz. Bu baxımdan Sizin millət vəkilinizin təşəbbüsü və təşkilatçılığı ilə 2009-cu ilin aprelin 15-16-da Türkiyə millət vəkillərilə birlikdə keçirilən Bakı forumu xüsusi əhəmiyyət kəsb edir. Bir millət, iki dövləti təmsil edən millət vəkillərinin imzaladığı bəyanat Türkiyə - Azərbaycan qardaşlığına böyük zərbələr vura və Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını gücləndirə biləcək Türkiyə Ermənistan sərhədlərinin açılması kimi bir avantüranın qarşısın almaqda ciddi rol oynadı. Əziz Seçicilər bu imkanı mənə Sizlər yaratdınız. İstərdim ki, bu imkanı, mənə göstərdiyiniz inamı, dəstəyi bir daha verəsiniz. Bu, dövlətimiz və xalqımıza xidmətdə, Sizin sosial problemlərinizin həllində Sizlərə vermiş olduğum vədlərin yerinə yetirilməsində mənə əlavə imkanlar verərdi. İnam Sizin, qismət Allahın! Ən xoş və səmimi arzularla, Fəzail Ağamalı 

TƏRCÜMEYİ - HAL

Ağamalı Fəzail rəhim oğlu 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur qəzası, Sisian rayonunun Şıxlar kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1954-cü ildə birinci sinfə getmiş və 1965-ci orta məktəbi bitirmişdir. 1965-ci ilin noyabrından 1966-cı ilin uyun ayınadək Bakı şəhəri 1 saylı evktikmə kombinatında fəhlə işləmişdir. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, 1972-ci ildə BDU-nun aspiranturasına qəbul olunmuş və 1978-ci ildə aspiranturanı bitirmişdir. 1980-cı ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Tarix elmləri doktoru, professordur. 1971-1972-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbdə müəllim və 1973 - 1983-cü illərdə Naxçıvan Dövlət Pedoqoji İnstitutunda müəllim, baş müəllim işləmişdir. 1983-1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri, 1988 - 1990-cı illərdə Dövlət İqtisad İnstitutunda dosent vəzifələrində çalışmışdır. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin I müavini, 1994-cü ilin avqustuna qədər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsini icra etmişdir. Birinci, iknci və üçüncü çağrış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. 1996-cı ildən MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünü idarəetmə komisiyasının sədr müavinidir. 1988-ci ildə o Azərbaycan xalq hərəkatına qoşulmuş və onun liderlərindən olmuşdur. 1990-ci ildə Ana Vətən Partiyasını yaratmış və onun sədri seçilmişdir. Beş kitab, üç monoqrafiya, bir dərslik  və 60-dən çox elmi məqalənin müəllifidir. Fəzail Ağamalının rəhbərliyi və redaktorluğu ilə Heydər Əliyev haqqında bir və ölkə prezidenti İlham Əliyevin 2003-cü ilədək fəaliyyətinin bütün tərəflərini əks etdirən 12 cildlik kitab nəşr olunmuşdur. 2005-ci ildə «Dövlətçiliyimizdə İlham Əliyev mərhələsi» və 2010-cu ildə S.Peterburqda «Prezident-Reformator» monoqrafiyaları çapdan çıxmışdır. 2007-ci ildə MDB Parlamentlərarası Assambleyadakı uzun müddətli və səmərəli fəaliyyətinə görə Assambleyanın yüksək mükafatı olan «Sodrujestvo» ordenilə təltif olunmuşdur. ABŞ-ın Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşıdır. Ailəlidir. 3 övladı var. *** Görüşləri 16 oktyabr

16 oktyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 60 saylı Salyan-Neftcala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə görüşə start vermişdir. O saat 11-də Salyan rayonunun Cəngən və Pratmangəncəli, saat  15-də Parçaxalac və Seydan kəndlərinin seçiciləriylə görüş keçirmişdir. Görüşlər canlı və maraqlı, açıq və səmimi şəraitdə keçmiş, Fəzail Ağamalı seçicilərin çoxsaylı suallarını cavablandırmış,ötən beş ildə seçicilər qarşısında bir daha deputatlıq fəaliyətinin bütün tərəfləri haqqında ətraflı  məlumat vermişdir. Seçicilər yaşadıqları kəndlərin qazlaşdırılması, yolların əsaslı şəkildə bərpası , məktəblərin təmiri və yeni məktəb binalarının tikintisinin zəruriliyini önə çəkmişlər.

Fəzail Ağamalı, seçicilərinin rəğbətini qazanarsa və bir daha 60 saylı Salyan – Neftçala seçki dairəsindən deputat seçilərsə, bütün bu və buna bənzər problemlərin həlli üçün müvafiq icra strukturları qarşısında məsələ qaldıracağına və həllinə nail olacağına inamını ifadə etdi. Görüşdə iştirak edən seçicilər Fəzail Ağamalıya inandıqlarını və onların qaldırdıqları problemlərin həllində onun səylərinin konkret nəticələr verəcəyini önə çəkmiş və 7 noyabr 2010-cu ildə ona səs verəcəklərini birmənalı şəkildə ifadə etmişlər.

Fəzail Ağamalının seçicilərlə görüşü davam edir. 

 

 

 

 

***

18 oktyabr Fəzail Ağamalının 60 saylı Salyan-Neftçala seçki dairəsində seçicilərlə görüşü davam edir. 

Seçki qərargahı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir