Modern.az

Bir qatil 8 nəfərlik ailəni güllələdi

Bir qatil 8 nəfərlik ailəni güllələdi

10 Avqust 2015, 10:54

ABŞ-ın Texas ştatında bir kişi aralarında 6 yetkinlik yaşına çatmayan uşaqları da olmaqla 8 nəfəri amansızcasına güllələyib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, öldürənlərin meyitləri evdə tapılıb və amansız qətli törədən kişi elə mənzildən polislərə də atəş açıb. Bir saatdan sonra atəş açan hüquq-mühafizə orqanlarına təslim olub və evdəki meyitlərin əksəriyyətinin əllərinin qandallandığı məlum olub. Polisdən verilən məlumata görə, qurbanların bir neçəsinə dəfələrlə atəş açılıb.

Qətlə yetirilənlər 50 yaşlı kişi və onun 40 yaşlı həyat yoldaşı, eləcə onların yaşları 13-ə qədər olan övladıdır. Polis belə ehtimal edir ki, kütləvi qətlin səbəbi atəş açanla ölən qadın arasındakı mübahisə olub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!